• Təqvim

  • Maraq



Qazaxda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş "Dünəndən bu günə Azərbaycan" adlı onlayn görüş keçirilib


Mayın 10-da Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyi, Qazax Dövlət Sosial-İqtisadi Kolleci və "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Dünəndən bu günə Azərbaycan" adlı onlayn görüş keçirilib.

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin direktoru İsmayıl Süleymanov giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını salamlayıb, onlayn görüşün məqsəd və əhəmiyyətindən söz açıb. İ.Süleymanov bütün həyatını millətinə və Vətəninə həsr edən Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqının tarixinə müstəqilliyimizin memarı və qurucusu kimi daxil olduğunu vurğulayıb. Ulu Öndərin layiqli varisi Prezident İlham Əliyevin Heydər Əliyev siyasətini davam etdirərək misilsiz nailiyyətlərə imza atdığını, 44 günlük Vətən müharibəsində Zəfər çalaraq milli qürur və ləyaqətin, tarixi ədalətin bərpasına nail olduğunu bildirib. Dahi şəxsiyyətin Azərbaycan gəncliyinə olan qayğısından danışan İ.Süleymanov suveren dövlətimizin gənclər siyasətinin əsasının məhz Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu bildirib. O, qeyd edib ki, gənclərimizin bugünkü uğurları həmin strategiyanın bəhrələridir.


Daha sonra çıxış edən Qazax Dövlət Sosial-İqtisadi Kollecinin Monitorinq və Qiymətləndirmə şöbəsinin müdiri, Tələbə Gənclər Təşkilatının sədri Elvira Əfəndiyeva, kollecin müəllimi Türkan Hacıyeva, GİKM-in Qazax nümayəndəliyinin təcrübəçi könüllüsü Pəri İbrahimova Ulu Öndərin Azərbaycanın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişin banisi olduğunu vurğulayıblar.

Sonda Qazax Dövlət Sosial-İqtisadi Kollecinin tələbələri Tutu Qocayeva və Məleykə Alməmmədova Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndiriblər.






 

GOYEZEN.AZ



Facebook-da paylaş