"Ulu Öndər və gəncliyimİZ" layihəsi çərçivəsində gənclər dahi şəxsiyyətin adını daşıyan Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər
Gənclərin İnkişaf və
Karyera Mərkəzinin Qazax nümayəndəliyinin "Ulu Öndər və gəncliyimİZ"
layihəsi çərçivəsində bir qrup gəncin Qazax Rayon Heydər Əliyev Mərkəzinə
ekskursiyası təşkil olunub.
Ekskursiya zamanı Heydər
Əliyev Mərkəzinin bələdçisi gəncləri Ümummilli Lider Heydər Əliyevin həyat və
fəaliyyətini əks etdirən eksponatlarla tanış edib, həmçinin Ulu Öndərin gənclər
siyasətində misilsiz xidmətləri barədə onlara məlumat verib. Sonda Heydər
Əliyev haqqında sənədli film izlənilib.
GOYEZEN.AZ
Facebook-da paylaş