"Ulu Öndər və GəncliyimİZ" layihəsi çərçivəsində dahi şəxsiyyət Heydər Əliyevin abidəsi ziyarət olunub
Bu gün Gənclərin İnkişaf və
Karyera Mərkəzinin Qazax nümayəndəliyi və Qazax Rayon Gənclər və İdman
İdarəsinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət
olunub. Ziyarətçilər əvvəlcə dahi
rəhbərin abidəsi önünə gül dəstəsi düzüb əziz xatirəsini anıblar. Sonra Ümummilli Liderin həyat və siyasi fəaliyyətini
özündə əks etdirən kitablardan ibarət sərgi ilə tanış olublar. Ulu Öndərin adını daşıyan
Mərkəzin ekspozisiya zalında yerləşdirilmiş
monitorda ziyarətçilərə "Dahi şəxsiyyətin ibrətamiz həyat yolu” adlı
videoçarx nümayiş etdirilib. Ziyarətçilərə mütərəqqi
ideyaları, idarəçilik keyfiyyətləri ilə sabit dövlətçilik ənənələri yaratmış
dahi şəxsiyyətin fədakar xidmətləri, milli məqsədləri önə çəkən siyasəti barədə
məlumat verilib. "Ulu Öndər və
GəncliyimİZ" layihəsi çərçivəsində baş tutan ziyarətdə hər iki qurumun
əməkdaşları ilə yanaşı Qazax Rayon Gənclər və İdman İdarəsinin nəzdində
fəaliyyət göstərən Uşaq Gənclər İdman Məktəbinin məşqçi-müəllimləri və gənclər
də iştirak edib. GOYEZEN.AZ
Facebook-da paylaş