Əsas Səhifə > Gənclər > "Ulu Öndər və GəncliyimİZ" layihəsi çərçivəsində dahi şəxsiyyət Heydər Əliyevin abidəsi ziyarət olunub

"Ulu Öndər və GəncliyimİZ" layihəsi çərçivəsində dahi şəxsiyyət Heydər Əliyevin abidəsi ziyarət olunub


10-12-2021, 20:50


Bu gün Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyi və Qazax Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub.

Ziyarətçilər əvvəlcə dahi rəhbərin abidəsi önünə gül dəstəsi düzüb əziz xatirəsini anıblar. Sonra Ümummilli Liderin həyat və siyasi fəaliyyətini özündə əks etdirən kitablardan ibarət sərgi ilə tanış olublar. Ulu Öndərin adını daşıyan Mərkəzin ekspozisiya zalında yerləşdirilmiş monitorda ziyarətçilərə "Dahi şəxsiyyətin ibrətamiz həyat yolu” adlı videoçarx nümayiş etdirilib. 

Ziyarətçilərə mütərəqqi ideyaları, idarəçilik keyfiyyətləri ilə sabit dövlətçilik ənənələri yaratmış dahi şəxsiyyətin fədakar xidmətləri, milli məqsədləri önə çəkən siyasəti barədə məlumat verilib.

"Ulu Öndər və GəncliyimİZ" layihəsi çərçivəsində baş tutan ziyarətdə hər iki qurumun əməkdaşları ilə yanaşı Qazax Rayon Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən Uşaq Gənclər İdman Məktəbinin məşqçi-müəllimləri və gənclər də iştirak edib.










GOYEZEN.AZ


Geri qayıt