Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Açıq qapı” günləri davam edir
Görkəmli dövlət və siyasi xadim, müstəqil dövlət
quruculuğunda gördüyü işlərlə azərbaycanlıların qəlbində əbədiyaşarlıq qazanmış xalqımızın Böyük oğlu Heydər Əliyevin vəfatından 18 il ötməsinə
baxmayaraq bu gün də xatirəsi dərin hörmətlə yad edilir. Dahi şəxsiyyətin anım
günü ilə bağlı Qazax Rayon Heydər Əliyev Mərkəzində hər il keçirilən
"Açıq qapı” günləri bu il də davam etdirilir. Dekabrın 2-dən start götürən "Açıq qapı”
günlərinin təşkil edilməsində məqsəd dahi şəxsiyyətin hələ neçə nəsillərə örnək olacaq
həyatını və siyasi fəaliyyətini təbliğ etmək, Azərbaycanın müstəqilliyi və suverenliyi
uğrunda apardığı mübarizələri, göstərdiyi fədakarlıqları bir daha
xatırlamaq, Ulu Öndər məfkurəsinin,
müəllifi olduğu azərbaycançılıq ideologiyasının və siyasi irsinin təbliğ
etdirilməsi ilə yanaşı, həm də Dahi şəxsiyyətin xatirəsini böyük hörmət və
ehtiramla yad etməkdir. Bu məqsədlə rayonun idarə, müəssisə və təşkilatların
kollektivləri, təhsil, mədəniyyət, səhiyyə sahəsində çalışan işçilər, rayon
məktəbliləri, ictimaiyyət nümayəndələri Ulu Öndərin adını daşıyan parka gələrək
abidəsi önünə gül dəstələri düzür, dahi şəxsiyyətin əziz xatirəsini böyük
ehtiramla anırlar. 12 dekabradək davam edəcək "Açıq qapı” günlərində ziyarətçilər Dahi
liderin həyat və siyasi fəaliyyətini təbliğ edən muzeyi ekskursiya edərək
Heydər Əliyevin keçdiyi ömür yolu, xalqımızın tarixi taleyində, mənəvi, siyasi
və ictimai həyatında, dövlət quruculuğunda misilsiz xidmətlərindən bəhs edən
mühazirələr dinləyib, fenomenal şəxsiyyətə həsr edilmiş kitab sərgisi ilə tanış
olub, filmlərə baxacaqlar.
Dünəndən start götürən "Açıq qapı” günlərində Qazax şəhər Kommunal Müəssisələri
Kombinatının, Qazax Magistral Qaz Kəmərləri Sahəsinin, Azərbaycan
Respublikası Maliyyə Nazirliyinin Qazax Rayonu üzrə Maliyyə Şöbəsinin, "28 nömrəli Yol
İstismarı" MMC-nin, Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin rəhbərləri və əməkdaşları
iştirak ediblər. Ziyarətçilər əvvəlcə dahi rəhbərin abidəsi önünə gül
dəstəsi düzüb əziz xatirəsini anıblar. Sonra
Ümummilli Liderin həyat və siyasi fəaliyyətini özündə əks etdirən kitablardan
ibarət sərgi ilə tanış olublar. Ekspozisiya zalında yerləşdirilmiş monitorda
ziyarətçilərə Mərkəzin əməkdaşları tərəfindən hazırlanmış "Dahi
şəxsiyyətin ibrətamiz həyat yolu” adlı videoçarx nümayiş etdirilib. Ümummilli Lider Heydər Əliyevin müdrik siyasətə,
dönməz əqidəyə malik şəxsiyyət kimi müasir Azərbaycan dövlətinin qurulması
istiqamətində atdığı addımlar və əvəzsiz xidmətləri barədə məlumat
verilib.
GOYEZEN.AZ
Facebook-da paylaş