Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar Qazaxda “Açıq qapı” günləri elan olunub
Görkəmli
dövlət və siyasi xadim, Vətəninə və xalqına sədaqətlə, ləyaqətlə xidmət etmiş, Azərbaycan xalqının görkəmli
oğlu, müstəqil dövlət quruculuğunda gördüyü işləri ilə qədirbilən azərbaycanlıların qəlbində əbədiyaşarlıq
qazanmış xalqımızın
Böyük oğlu Heydər Əliyevin vəfatından
16 il ötür. Dahi şəxsiyyətin anım günü ilə bağlı hər il keçirilən "Açıq qapı”
günləri bu il də davam etdirilir. Qazax Rayon Heydər Əliyev Mərkəzində Azərbaycan
xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə əlaqədar dekabrın
2-dən etibarən "Açıq qapı” günləri elan olunub. "Açıq qapı” günlərinin təşkil
edilməsində məqsəd dahi şəxsiyyətin hələ neçə nəsillərə örnək olacaq həyatını
və siyasi fəaliyyətini təbliğ etmək, Azərbaycanın müstəqilliyi və suverenliyi
uğrunda apardığı mübarizələri, göstərdiyi fədakarlıqları bir daha xatırlamaq, Ulu Öndər məfkurəsinin, müəllifi
olduğu azərbaycançılıq ideologiyasının və siyasi irsinin təbliğ
etdirliməsi ilə yanaşı həm də Dahi şəxsiyyətin xatirəsini böyük hörmət və
ehtiramla yad etməkdir. Bu məqsədlə
rayonun bütün idarə, müəssisə və təşkilatlarının kollektivləri, təhsil, mədəniyyət,
səhiyyə sahəsində çalışan işçilər, rayon məktəbliləri, ictimaiyyət nümayəndələri
Ulu Öndərin adını daşıyan parka gələrək abidəsi önünə gül dəstələri düzür, dahi
şəxsiyyətin əziz xatirəsini böyük ehtiramla anırlar. Sonra muzeyin
qarşısında Azərbaycan dövlətinin qurucusu və memarı olan dahi şəxsiyyətin həyatını
və siyasi fəaliyyətini özündə əks etdirən kitab və jurnallardan ibarət "Zamanın dühası" başlıqlı sərgiyə tamaşa edirlər. Eyni zamanda, Ulu Öndərə həsr
olunmuş mühazirələr dinləyir və filmlərə baxırlar. Bu gündən start götürən "Açıq
qapı” günlərində Rayon Suvarma Sistemləri İdarəsinin, Melioservis İdarəsinin, Qazax
Gənclərin İnkişaf və Karyera Mərkəzinin kollektivləri və gənc könüllülər
iştirak edərək dahi rəhbərin abidəsi önünə gül dəstəsi düzüb əziz xatirəsini
anıblar. Sonra Muzeydə Ümummilli Lider
Heydər Əliyevin həyat və siyasi fəaliyyətindən bəhs edən mühazirələr dinləyib,
filmə baxıblar. Suvarma Sistemləri İdarəsinin rəisi
Abbas Göyüşov və Melioservis İdarəsinin rəisi Ərəş Pənahov çıxış edərək
zamanında Ulu Öndərlə görüşdüklərini qeyd edərək onunla bağlı xatirələrini
bölüşüblər. Dahi şəxsiyyətin Qazaxa səfəri zamanı rayonumuz haqqında söylədiyi
dəyərli fikirləri bir daha xatırlayıblar. Məlumat üçün qeyd edək ki, "Açıq qapı” günləri dekabrın 12-dək davam
edəcək.
GOYEZEN.AZ
Facebook-da paylaş