• Təqvim

  • Maraq



Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar Qazaxda “Açıq qapı” günləri elan olunub


Görkəmli dövlət və siyasi xadim, Vətəninə və xalqına sədaqətlə, ləyaqətlə xidmət etmiş, Azərbaycan xalqının görkəmli oğlu, müstəqil dövlət quruculuğunda gördüyü işləri ilə qədirbilən azərbaycanlıların qəlbində əbədiyaşarlıq qazanmış xalqımızın Böyük oğlu Heydər Əliyevin vəfatından 18 il ötür. Dahi şəxsiyyətin anım günü ilə bağlı hər il keçirilən "Açıq qapı” günləri bu il də davam etdirilir.

Qazax Rayon Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə əlaqədar dekabrın 2-dən etibarən "Açıq qapı” günləri elan olunub. 

12 dekabradək davam edəcək "Açıq qapı” günlərinin təşkil edilməsində məqsəd dahi şəxsiyyətin hələ neçə nəsillərə örnək olacaq həyatını və siyasi fəaliyyətini təbliğ etmək, Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda apardığı mübarizələri, göstərdiyi fədakarlıqları bir daha xatırlamaq, Ulu Öndər məfkurəsinin, müəllifi olduğu azərbaycançılıq ideologiyasının və siyasi irsinin təbliğ etdirilməsi ilə yanaşı, həm də Dahi şəxsiyyətin xatirəsini böyük hörmət və ehtiramla yad etməkdir.

Bu məqsədlə rayonun idarə, müəssisə və təşkilatların kollektivləri, təhsil, mədəniyyət, səhiyyə sahəsində çalışan işçilər, rayon məktəbliləri, ictimaiyyət nümayəndələri Ulu Öndərin adını daşıyan parka gələrək abidəsi önünə gül dəstələri düzür, dahi şəxsiyyətin əziz xatirəsini böyük ehtiramla anırlar. Dahi liderin həyat və siyasi fəaliyyətini təbliğ edən muzeyi ekskursiya edərək Heydər Əliyevin keçdiyi ömür yolu, xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda misilsiz xidmətlərindən bəhs edən mühazirələr dinləyir, fenomenal şəxsiyyətə həsr edilmiş kitab sərgisi ilə tanış olur, filmlərə baxırlar.

Bu gündən start götürən "Açıq qapı” günlərində Şəmkir Regional Qaz İstismar İdarəsi Qazax Xidmət Sahəsinin, Melioservis İdarəsinin, Suvarma Sistemləri İdarəsinin, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax şəhər Səlim Əfəndiyev adına 1 nömrəli tam orta məktəbin rəhbərləri və əməkdaşları iştirak ediblər.

Ziyarətçilər əvvəlcə dahi rəhbərin abidəsi önünə gül dəstəsi düzüb əziz xatirəsini anıblar. Sonra Ümummilli Liderin həyat və siyasi fəaliyyətini özündə əks etdirən kitablardan ibarət sərgi ilə tanış olublar. Ekspozisiya zalında yerləşdirilmiş monitorda ziyarətçilərə Mərkəzin əməkdaşları tərəfindən hazırlanmış "Dahi şəxsiyyətin ibrətamiz həyat yolu” adlı videoçarx nümayiş etdirilib. Ümummilli Lider Heydər Əliyevin keçdiyi zəngin həyat yolu, Azərbaycan xalqının tarixindəki misilsiz xidmətləri barədə məlumat verilib.


 

 



 

 


 

 



 

GOYEZEN.AZ



Facebook-da paylaş