• Təqvim

  • Maraq



Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Açıq qapı” günləri davam edir


Görkəmli dövlət və siyasi xadim, müstəqil dövlət quruculuğunda gördüyü işlərlə azərbaycanlıların qəlbində əbədiyaşarlıq qazanmış xalqımızın Böyük oğlu Heydər Əliyevin vəfatından 16 il ötməsinə baxmayaraq bu gün də xatirəsi dərin hörmətlə yad edilir. Dahi şəxsiyyətin anım günü ilə bağlı Qazax Rayon Heydər Əliyev Mərkəzində  hər il keçirilən "Açıq qapı” günləri bu il də davam etdirilir.

Dekabrın 2-dən başlayaraq start götürən "Açıq qapı” günlərinin təşkil edilməsində məqsəd dahi şəxsiyyətin gələcək nəsillərə örnək olacaq həyatına və siyasi fəaliyyətinə nəzər yetirmək, Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda apardığı mübarizələri, göstərdiyi fədakarlıqları bir daha xatırlamaq, Heydər Əliyev məfkurəsini, müəllifi olduğu azərbaycançılıq ideologiyasını və siyasi irsini təbliğ etməkdir.

"Açıq qapı” günündə rayonun bütün idarə, müəssisə və təşkilatlarının kollektivləri, təhsil, mədəniyyət, səhiyyə sahəsində çalışan işçilər, rayon məktəbliləri, ictimaiyyət nümayəndələri Ulu Öndərin adını daşıyan parka gələrək abidəsi önünə gül dəstələri düzür, dahi şəxsiyyətin əziz xatirəsini böyük ehtiramla anırlar. 

Bugünkü "Açıq qapı” gününün iştirakçıları isə Qazax Su-kanal İdarəsinin, Magistral Qaz Kəmərləri İdarəsinin, Kommunal Müəssisələri Kombinatının kollektivləri, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının, Kənd Qida İş Həmkarlar İttifaqının, Dövlət İdarələri və Xidmət SahələriHəmkarlar İttifaqının Qazax rayon Komitələrinin rəhbərləri olublar.

İştirakçılar əvvəlcə dahi rəhbərin abidəsi önünə gül dəstəsi düzüb əziz xatirəsini yad ediblər. Sonra muzeyin qarşısında Azərbaycan dövlətinin qurucusu və memarı olan dahi şəxsiyyətin həyatını və siyasi fəaliyyətini özündə əks etdirən kitab və jurnallardan ibarət "Zamanın dühası" başlıqlı sərgi ilə tanış olublar. Eyni zamanda Muzeydə Ümummilli Liderin həyat və siyasi fəaliyyətindən bəhs edən mühazirələr dinləyib, filmə baxıblar.

Məlumat üçün qeyd edək ki, "Açıq qapı” günləri dekabrın 12-dək davam edəcək.









 

GOYEZEN.AZ                                                                                                                                



Facebook-da paylaş