Ulu Öndərin anım gününə həsr olunmuş “Açıq qapı” günləri davam edir
Güclü dövlətçilik ənənələri
yaradan Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətin və xalqının tərəqqisi naminə gördüyü işlər bu gün də
unudulmur. Bu gün Ümummilli Lider Heydər Əliyev aramızda olmasa da, böyük
insanın amalları, bütün mənalı ömrünü həsr etdiyi, canından artıq sevdiyi
müstəqil Azərbaycan Onun arzuladığı kimi yaşayır və inkişaf edir. Qədirbilən
xalqımız da dahi insanın ölkəmiz və dövlətimiz üçün etdiklərini minnətdarlıqla
xatırlayır və daim Onun əziz xatirəsini yad edir. Əsrin böyük
azərbaycanlısı, xalqın xilaskarı, müstəqil Azərbaycan dövlətinin memarı,
Azərbaycanı dünyaya tanıdan Heydər Əliyevin əbədiyyətə qovuşmasından 18 il
keçsə də qədirbilən xalqımız dahi şəxsiyyətin xatirəsini bu gün də eyni
hörmət və ehtiramla anır. Dahi şəxsiyyətin anım günü ilə bağlı Qazax Rayon
Heydər Əliyev Mərkəzində hər il təşkil edilən "Açıq qapı” günləri bu il də
davam etdirilir. 2 dekabrdan start götürən "Açıq qapı” günlərinin
təşkil edilməsində məqsəd dahi şəxsiyyətin
gələcək nəsillərə örnək olacaq həyatını və siyasi fəaliyyətini təbliğ etmək, Azərbaycanın
müstəqilliyi və suverenliyi uğrunda apardığı mübarizələri, göstərdiyi
fədakarlıqları bir daha xatırlamaq, Ulu
Öndər məfkurəsinin, müəllifi olduğu azərbaycançılıq ideologiyasının
və siyasi irsinin təbliğ etdirilməsi ilə yanaşı, həm də dahi şəxsiyyətin
xatirəsini böyük hörmət və ehtiramla yad etməkdir. Bu məqsədlə rayonun idarə, müəssisə və təşkilatların
kollektivləri, təhsil, mədəniyyət, səhiyyə sahəsində çalışan işçilər, rayon
məktəbliləri, ictimaiyyət nümayəndələri Ulu Öndərin adını daşıyan parka gələrək
abidəsi önünə gül dəstələri düzür, əziz xatirəsini böyük ehtiramla
anırlar. Dekabrın 12-dək davam edəcək "Açıq qapı” günlərində ziyarətçilər dahi
liderin həyat və siyasi fəaliyyətini təbliğ edən muzeyi ekskursiya edərək
Heydər Əliyevin keçdiyi ömür yolu, xalqımızın tarixi taleyində, mənəvi, siyasi
və ictimai həyatında, dövlət quruculuğunda misilsiz xidmətlərindən bəhs edən
mühazirələr dinləyib, fenomenal şəxsiyyətə həsr edilmiş kitab sərgisi ilə tanış
olub, filmlərə baxacaqlar.
Bugünkü "Açıq qapı” günündə Qazax Rayon Mərkəzi Xəstəxanasının, Qazax Müalicə
Diaqnostika Mərkəzinin, Gigiyena və Epidemiologiya Mərkəzinin, Azərbaycan
Yazıçılar Birliyi Qazax zona filialının, Qazax şəhər Namiq Vəliyev adına 5 nömrəli
tam orta məktəbin rəhbərləri və əməkdaşları
iştirak ediblər. Ziyarətçilər əvvəlcə dahi rəhbərin abidəsi önünə gül
dəstəsi düzüb əziz xatirəsini anıblar. Sonra
Ümummilli Liderin həyat və siyasi fəaliyyətini özündə əks etdirən kitablardan
ibarət sərgi ilə tanış olublar. Ekspozisiya zalında yerləşdirilmiş monitorda
ziyarətçilərə Mərkəzin əməkdaşları tərəfindən hazırlanmış "Dahi
şəxsiyyətin ibrətamiz həyat yolu” adlı videoçarx nümayiş etdirilib. Ziyarətçilərə mütərəqqi ideyaları, idarəçilik keyfiyyətləri ilə sabit dövlətçilik ənənələri
yaratmış dahi şəxsiyyətin fədakar xidmətləri, milli məqsədləri önə çəkən siyasətibarədə məlumat verilib.
GOYEZEN.AZ
Facebook-da paylaş