Əsas Səhifə > Gənclər > "Ulu Öndər və gəncliyimİZ" layihəsi çərçivəsində gənclər dahi şəxsiyyətin adını daşıyan Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər

"Ulu Öndər və gəncliyimİZ" layihəsi çərçivəsində gənclər dahi şəxsiyyətin adını daşıyan Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər


6-05-2022, 14:30


Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin "Ulu Öndər və gəncliyimİZ" layihəsi çərçivəsində bir qrup gəncin Qazax Rayon Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil olunub.

Ekskursiya zamanı Heydər Əliyev Mərkəzinin bələdçisi gəncləri Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış edib, həmçinin Ulu Öndərin gənclər siyasətində misilsiz xidmətləri barədə onlara məlumat verib. Sonda Heydər Əliyev haqqında sənədli film izlənilib. 






 

GOYEZEN.AZ


Geri qayıt