"Gənc Könüllülər" Molla Pənah Vaqif və Molla Vəli Vidadinin xatirə muzeyinə ekskursiya ediblər
Bu gün Qazax Gənclərin İnkişaf və
Karyera Mərkəzinin təşkilatçılığı ilə "Gənc Könüllülər"in Molla Pənah
Vaqif və Molla Vəli Vidadinin xatirə muzeyinə səfəri reallaşdırılıb.
Muzeyin əməkdaşı Nüşabə Nəsibova könüllülərə muzeydə
əks olunan eksponatlar barədə ətraflı məlumat verib.
Qeyd edib ki, məşhur Azərbaycan şairi və ictimai
xadimi Molla Pənah Vaqifin xatirə muzeyi 1970-ci ilin noyabr ayının 20-də
açılıb. Cəmi on bir otaqdan ibarət muzeyin ekspozisiyası Vaqifin həyat və
yaradıcılığına, dövlət fəaliyyətinə, müasirlərinə, tədqiqatçılarına həsr
olunub. 1983-cü ildən muzeyin ekspozisiyası yenidən tərtib edilib və hazırda
muzeydə 1241 eksponat var.
2002-ci il 2 avqust tarixindən Nazirlər Kabinetinin
xüsusi qərarı ilə muzeyin adı dəyişdirilərək M.P.Vaqif və M.V.Vidadi xatirə
muzeyi adlandırılıb.
N.Nəsibova 1982-ci ildən hər il respublikamızda
"Vaqif” poeziya günləri keçirildiyini, bu münasibətlə iyul ayında muzeydə yerli
şair və yazıçıların toplantısının təşkil edildiyini, yeni çıxan kitablar
haqqında müzakirələr aparıldığını bildirib.
Muzeylə yaxından tanış olan gənclər xoş təəssüratlarla
ayrılıblar.
GOYEZEN.AZ
Facebook-da paylaş