• Təqvim

  • Maraq

Qazaxda icra başçısı fasad, blok və həyətində abadlıq işləri aparılan binaya baxış keçirib

Son illər Prezident İlham Əliyevin qayğısı sayəsində paytaxt Bakı ilə yanaşı, respublikamızın bölgələrində genişmiqyaslı quruculuq işləri həyata keçirilir. Ölkə başçısının rəhbərliyi altında ölkəmizdə qəbul edilən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurlu icrası da bu məqsədi daşıyır. Bunu son bir neçə ildə Qazaxda aparılan abadlıq işlərindən aydın şəkildə görmək olur. Ölkə rəhbərinin tapşırığına əsasən Qazax şəhərinin içməli su və tullantı su sistemlərinin yenidən qurulması layihəsinin icrasından sonra prospekt və küçələrin asfaltlanması, səkilərə yeni tamet, bardür düzülməsi, qaz, elektrik, rabitə xətlərinin səliqəyə salınması, küçələrin işıqlandırılması, çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işləri aparılaraq Abad məhəllə kimi sakinlərin istifadəsinə verilməsi söylədiklərimizin bariz nümunəsidir.

Rayonda aparılan abadlıq işləri bu il də uğurla davam etdirilməkdədir. Bu gün Qazax böyük bir tikinti meydançasını xatırladır. Təqdirəlayiq haldır ki, şəhərin küçələri ilə yanaşı, çoxmənzilli yaşayış binalarının həyətində də səliqə-sahman yaradılır, nəqliyyat vasitələrinin, həmçinin vətəndaşların rahatlığını təmin etmək, onların mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə bir sıra işlər görülür.

Qazax Mənzil İstismar Sahəsininbalansında olan şəhərin Heydər Əliyev prospekti 158 ünvanında yerləşən ikimərtəbəli yaşayış binası da abadlıq işləri aparılan binalardandır. Ötən il həyətinə yeni asfalt örtüyü vurulmuş binada artıq digər abadlıq işlərinə start verilib. Belə ki, sakinlərin müraciəti nəzərə alınaraq binanın fasad, blok və həyətində abadlıq işləri həyata keçirilir.

Mayın 12-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri ilə birlikdə sözügedən binada olub, fasad, blok və həyətdə görülmüş işlərlə yerində maraqlanıb, aidiyyəti şəxslərə müvafiq tapşırıqlarını verib.

Bina sakinləri rayonda aparılan abadlıq işlərinə, eləcə də yaşadıqları binanın həyətinə yeni asfalt örtüyünün vurulmasına, bu gün isə aparılan digər abadlıq işlərinə görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Görülmüş işləri dövlətin, ölkə başçısının onlara olan növbəti qayğısı və töhfəsi kimi qiymətləndiriblər.






Facebook-da paylaş


{sape_links}