Əsas Səhifə > Manşet / Sosial > Qazaxda icra başçısı fasad, blok və həyətində abadlıq işləri aparılan binaya baxış keçirib
Qazaxda icra başçısı fasad, blok və həyətində abadlıq işləri aparılan binaya baxış keçiribDünən, 20:26 |
|
Rayonda aparılan abadlıq işləri bu il də uğurla davam etdirilməkdədir. Bu gün Qazax böyük bir tikinti meydançasını xatırladır. Təqdirəlayiq haldır ki, şəhərin küçələri ilə yanaşı, çoxmənzilli yaşayış binalarının həyətində də səliqə-sahman yaradılır, nəqliyyat vasitələrinin, həmçinin vətəndaşların rahatlığını təmin etmək, onların mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə bir sıra işlər görülür. Qazax Mənzil İstismar Sahəsininbalansında olan şəhərin Heydər Əliyev prospekti 158 ünvanında yerləşən ikimərtəbəli yaşayış binası da abadlıq işləri aparılan binalardandır. Ötən il həyətinə yeni asfalt örtüyü vurulmuş binada artıq digər abadlıq işlərinə start verilib. Belə ki, sakinlərin müraciəti nəzərə alınaraq binanın fasad, blok və həyətində abadlıq işləri həyata keçirilir.
Bina sakinləri rayonda aparılan abadlıq işlərinə, eləcə də yaşadıqları binanın həyətinə yeni asfalt örtüyünün vurulmasına, bu gün isə aparılan digər abadlıq işlərinə görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Görülmüş işləri dövlətin, ölkə başçısının onlara olan növbəti qayğısı və töhfəsi kimi qiymətləndiriblər.
Geri qayıt |