Əsas Səhifə > Gənclər > "Gənc Könüllülər" Molla Pənah Vaqif və Molla Vəli Vidadinin xatirə muzeyinə ekskursiya ediblər

"Gənc Könüllülər" Molla Pənah Vaqif və Molla Vəli Vidadinin xatirə muzeyinə ekskursiya ediblər


14-10-2019, 14:28


Bu gün Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı ilə "Gənc Könüllülər"in Molla Pənah Vaqif və Molla Vəli Vidadinin xatirə muzeyinə səfəri reallaşdırılıb.

Muzeyin əməkdaşı Nüşabə Nəsibova könüllülərə muzeydə əks olunan eksponatlar barədə ətraflı məlumat verib.

Qeyd edib ki, məşhur Azərbaycan şairi və ictimai xadimi Molla Pənah Vaqifin xatirə muzeyi 1970-ci ilin noyabr ayının 20-də açılıb. Cəmi on bir otaqdan ibarət muzeyin ekspozisiyası Vaqifin həyat və yaradıcılığına, dövlət fəaliyyətinə, müasirlərinə, tədqiqatçılarına həsr olunub. 1983-cü ildən muzeyin ekspozisiyası yenidən tərtib edilib və hazırda muzeydə 1241 eksponat var.

2002-ci il 2 avqust tarixindən Nazirlər Kabinetinin xüsusi qərarı ilə muzeyin adı dəyişdirilərək M.P.Vaqif və M.V.Vidadi xatirə muzeyi adlandırılıb.

N.Nəsibova 1982-ci ildən hər il respublikamızda "Vaqif” poeziya günləri keçirildiyini, bu münasibətlə iyul ayında muzeydə yerli şair və yazıçıların toplantısının təşkil edildiyini, yeni çıxan kitablar haqqında müzakirələr aparıldığını bildirib.

Muzeylə yaxından tanış olan gənclər xoş təəssüratlarla ayrılıblar.






 

GOYEZEN.AZ


Geri qayıt