Qazaxda Ulu Öndər Heydər Əliyevə həsr olunmuş “Nə zaman, nə məkan anlayışına sığmayan şərəfli və mənalı ömür” mövzusunda tədbir keçirilib
Tədbir iştirakçıları əvvəlcə məktəbin adını daşıdığı Birinci Qarabağ müharibəsi şəhidi Şahin Cəbiyevin məktəbin həyətindəki büstünü ziyarət edərək, büstü önünə gül dəstələri düzüb, onun əziz xatirəsinə hörmət və ehtiramlarını bildiriblər. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ümummilli Lider Heydər Əliyevin və müqəddəs şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. Sonra Ümummilli Lider Heydər Əliyevin şərəfli və mənalı ömrünə, misilsiz xidmətlərinə həsr olunmuş film nümayiş etdirilib. Tədbirdə YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, ərazi partiya təşkilatının sədri Rəna Bayramova, sədr müavini Aliyə Yusifova, partiya fəallarından Könül Qasımova, Nurəddin Abdullayev, Maya Pirməmmədova çıxış edərək Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qorunub saxlanılmasında, möhkəmləndirilməsində müstəsna xidmətlərindən, şərəfli və mənalı ömür yolundan ətraflı danışıblar. Natiqlər Ulu Öndər Heydər Əliyev siyasi kursunun bu gün möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən böyük uğurla davam etdirildiyini xüsusi vurğulayıblar. Tədbirdə məktəbin şagirdləri Ulu Öndər Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndirib və müxtəlif ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.
Mayın 5-də Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatı Qazax rayon Şahin Cəbiyev adına Daş Salahlı kənd 2 nömrəli tam orta ümumtəhsil məktəb ərazi partiya təşkilatında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş “Nə zaman, nə məkan anlayışına sığmayan şərəfli və mənalı ömür” mövzusunda tədbir keçirilib.









Facebook-da paylaş














