Qazaxda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilir
Tədbir iştirakçıları əvvəlcə Birinci Qarabağ müharibəsi şəhidi “Azərbaycan Bayrağı” ordenli Qaratel Hacımahmudovanın məktəbin həyətindəki büstünü ziyarət edərək, önünə gül dəstələri düzüb, əziz xatirəsinə hörmət və ehtiramlarını bildiriblər. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ümummilli Lider Heydər Əliyevin və müqəddəs şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. Sonra Ümummilli Lider Heydər Əliyevin şərəfli və mənalı ömrünə, misilsiz xidmətlərinə həsr olunmuş film nümayiş etdirilib. Tədbirdə YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, ərazi partiya təşkilatının sədr müavini Çiçək Sanıyeva, məktəbin direktoru Aynurə Alıyeva, müəllimlərdən Flora Əmirova, Nuray Qocayeva çıxış edərək müstəqil, suveren Azərbaycanın qurucusu və memarı Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərindən, şərəfli və mənalı ömür yolundan, zəngin dövlətçilik təcrübəsindən, dövlətimiz və xalqımız qarşısında tarixi xidmətlərindən, ölkəmizin sosial-iqtisadi inkişafında gördüyü genişmiqyaslı işlərdən, Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun bu gün möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində qazanılan qələbələrdən, əldə olunan nailiyyətlərdən ətraflı danışıblar. Tədbirdəməktəbin şagirdləri Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndirib, müxtəlif ədəbi-bədii kompozisiyalarla çıxış ediblər. Tədbirin sonunda partiya sıralarına yeni qəbul olunmuş üzvlərə partiya üzvlük vəsiqəsi təqdim edilib.
Mayın 6-da Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatı “Azərbaycan Bayrağı” ordenli Qaratel Hacımahmudova adına ümumi orta məktəb ərazi partiya təşkilatında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Dahilər ölmürlər, əbədiyyətə qovuşurlar”mövzusunda tədbir keçirilib.









Facebook-da paylaş














