Qazax şəhər 1 saylı Körpələr Evi-Uşaq bağçası və 2 saylı Uşaq bağçasından - VİDEOREPORTAJ
Respublikamızın hər yerində olduğu kimi, Qazaxda
da məktəbəqədər təhsil
müəssisələri öz işini Azərbaycan
Respublikası Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi dövründə
Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və
təlim-tərbiyə prosesinin təşkili barədə” 29 avqust 2020-ci il tarixli 312
nömrəli Qərarına əsasən mövcud vəziyyət nəzərə alınmaqla,
sanitar-gigiyenik normalara əməl edilməklə həyata keçirir. Qazax Rayon İcra Hakimiyyətinin tabeçiliyində olan
şəhər və kəndlər üzrə 25 (6-sı şəhər, 19-u
kənd) məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir ki, hər
birində dezinfeksiya, eləcə də geniş təmizlik, tibbi-profilaktik işlər aparılıb. Bu gün təqdim etdiyimiz 90 yerlik Qazax şəhər 1 saylı
Körpələr Evi-Uşaq bağçasında və 60 yerlik şəhər 2 saylı Uşaq bağçasında da xüsusi
karantin rejiminin tələblərinə, sanitar-gigiyena qaydalarına ciddi əməl olunur.
İşçilərin tibbi maskadan istifadəsinə, sosial məsafənin gözlənilməsinə riayət
edilir. Hər gün bağçaya gələn işçi heyət və uşaqların temperaturu ölçülür,
cədvəldə qeyd olunur. Bundan əlavə, bağçalarda otaqların havalandırılmasına,
mətbəx və sanitar qovşaqlara diqqət artırılıb. Bağça müdirləri, tərbiyəçi müəllimlər, valideynlər bağçaların
açılmasını sevinc hissi ilə qarşıladıqlarını vurğulayırlar. Cənab Prezident
İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın qətiyyətli
addımları sayəsində pandemiya ilə mübarizə sahəsində görülmüş işlərə və əldə
edilən uğurlu nəticələrə görə minnətdarlıqlarını bildirirlər. Xüsusi karantin
rejiminin qaydalarına məsuliyyətlə yanaşmağın, ciddi şəkildə əməl etməyin hər
bir vətəndaşın borcu olduğunu qeyd edirlər. Bu barədə GOYEZEN.AZ internet
portalına fikirlərini bölüşən bağça müdirlərinin, valideyn və tərbiyəçilərin
minnətdarlıq və razılıq dolu həmin videosunu təqdim edirik.
Facebook-da paylaş