Əsas Səhifə > Video > Qazax şəhər 1 saylı Körpələr Evi-Uşaq bağçası və 2 saylı Uşaq bağçasından -
Qazax şəhər 1 saylı Körpələr Evi-Uşaq bağçası və 2 saylı Uşaq bağçasından -23-09-2020, 17:55 |
Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da məktəbəqədər təhsil müəssisələri öz işini Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə” 29 avqust 2020-ci il tarixli 312 nömrəli Qərarına əsasən mövcud vəziyyət nəzərə alınmaqla, sanitar-gigiyenik normalara əməl edilməklə həyata keçirir. Qazax Rayon İcra Hakimiyyətinin tabeçiliyində olan şəhər və kəndlər üzrə 25 (6-sı şəhər, 19-u kənd) məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir ki, hər birində dezinfeksiya, eləcə də geniş təmizlik, tibbi-profilaktik işlər aparılıb. Bu gün təqdim etdiyimiz 90 yerlik Qazax şəhər 1 saylı Körpələr Evi-Uşaq bağçasında və 60 yerlik şəhər 2 saylı Uşaq bağçasında da xüsusi karantin rejiminin tələblərinə, sanitar-gigiyena qaydalarına ciddi əməl olunur. İşçilərin tibbi maskadan istifadəsinə, sosial məsafənin gözlənilməsinə riayət edilir. Hər gün bağçaya gələn işçi heyət və uşaqların temperaturu ölçülür, cədvəldə qeyd olunur. Bundan əlavə, bağçalarda otaqların havalandırılmasına, mətbəx və sanitar qovşaqlara diqqət artırılıb. Bağça müdirləri, tərbiyəçi müəllimlər, valideynlər bağçaların açılmasını sevinc hissi ilə qarşıladıqlarını vurğulayırlar. Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın qətiyyətli addımları sayəsində pandemiya ilə mübarizə sahəsində görülmüş işlərə və əldə edilən uğurlu nəticələrə görə minnətdarlıqlarını bildirirlər. Xüsusi karantin rejiminin qaydalarına məsuliyyətlə yanaşmağın, ciddi şəkildə əməl etməyin hər bir vətəndaşın borcu olduğunu qeyd edirlər. Bu barədə GOYEZEN.AZ internet portalına fikirlərini bölüşən bağça müdirlərinin, valideyn və tərbiyəçilərin minnətdarlıq və razılıq dolu həmin videosunu təqdim edirik.
Geri qayıt |