• Təqvim

  • Unutma

  • Maraq



Daş Salahlıda kənddaxili küçələrə qum-çınqıl döşənib


Bu gün Azərbaycan nəinki müstəqil, eləcə də güclü bir dövlət kimi bütün dünyada tanınır və söz sahibinə çevrilib. Bunu ölkəmizdə aparılan genişmiqyaslı abadlıq və quruculuq işləri, həyata keçirilən uğurlu layihələr, görülən məqsədyönlü tədbirlər bir daha sübut edir. Gündən-günə inkişaf edən Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi altında bütün sahələrlə yanaşı, yol infrastrukturunun inkişafı istiqamətində də məqsədyönlü işlər görülür. 

Son illər dövlət başçısının qayğısı sayəsində respublika və yerli əhəmiyyətli yeni asfalt yolların çəkilməsi ilə bağlı imzaladığı çoxsaylı Sərəncamların Qazaxda uğurla icra olunması dediklərimizin əyani sübutudur. Məhz dövlətin qayğısı sayəsində təkcə son illər rayonun Qazaxbəyli-Orta Salahlı-Aşağı Salahlı, Yuxarı Salahlı-Kəmərli, Kosalar, Quşçu Ayrım, Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli, Cəfərli, Daş Salahlı-Ürkməzli-Dəmirçilər, Fərəhli kəndlərinə yeni asfalt yolların çəkilməsi bu sahədə görülən işlərin uğurla davam etdirilməsi deməkdir. 

Qazax rayonunda yeni yolların çəkilməsi ilə yanaşı, şəhər və kəndlərdə küçədaxili yollarda da həm nəqliyyat vasitələrinin, həm də vətəndaşların rahatlığını təmin etmək məqsədilə bir sıra işlər görülür. Rayonda hər il bu məqsədlə şəhər və kəndlərdə ehtiyac olan küçələrə qum-çınqıl daşınıb tökülür. 

Yanvarın 14-də rayonun ən böyük yaşayış məntəqəsi olan Daş Salahlı kəndində kənd bələdiyyəsi tərəfindən kənddaxili küçələrə, eləcə də qəbiristanlığa gedən yola qum-çınqıl daşınıb tökülərək hamarlanıb. Təxminən 3 km-ə yaxın məsafənin çınqıllanması kənd sakinləri tərəfindən də razılıqla qarşılanıb. Sakinlər görülən işlərə görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıq edirlər.

GOYEZEN.AZ



Facebook-da paylaş