• Təqvim

  • Maraq



Qazaxda vətəndaşların qaldırdığı daha bir məsələ müsbət həllini tapıb


Bu gün ölkəmizdə dövlət siyasətinin əsasında vətəndaş amili, vətəndaş məmnunluğu dayanır ki, bu, hər bir dövlət məmurunun iş fəaliyyətinin tərkib hissəsi olmalıdır. Ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın xalqın, vətəndaşların arasında olmaları, onların müraciətlərini, istəklərini dinləmələri bütün dövlət məmurlarına nümunədir.

Vətəndaş amili, ölkə başçısının rəhbər vəzifəli şəxsləri qəbul edən zaman dövlət məmurlarına daim vətəndaşlarla təmasda olmaları, bütün kəndləri gəzmələri, kənd camaatı ilə görüşmələri, vətəndaşların ərizə və müraciətlərinə, onları narahat edən problemlərə həssaslıqla yanaşılması barədə aidiyyəti üzrə verdiyi tapşırıq və tövsiyələr Qazax rayonunda da hər zaman örnək götürülür. Rayonda həyata keçirilən bütün işlərdə vətəndaş məmnunluğunun təmin edilməsinə üstünlük verilir. Rayon rəhbərinin vətəndaşlara göstərdiyi qayğı, sakinlərin qaldırdıqları hər bir məsələyə daim həssaslıqla yanaşması bu dediklərimizin bariz nümunəsidir. 

Oktyabrın 14-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun rayonun Ağköynək kəndində Mehdixan Vəkilov küçəsində yaşayan bir qrup vətəndaşın müraciətinə əsasən yerində baxış keçirməsi, vətəndaşların yaşadıqları küçədə yolun hamarlanması və köhnə transformatorun yenisi ilə əvəz olunması ilə bağlı müraciət etmələri barədə məlumat vermişdik. Sakinləri dinləyən rayon rəhbəri səslənən məsələlərə həssaslıqla yanaşılacağını, həlli istiqamətində addımlar atılacağını söyləmişdi. 

Artıq sözügedən məsələlərin müsbət həllini tapması, köhnə transformatorun yenisi ilə əvəz olunması, yolun qreyderlə hamarlanması dövlətin vətəndaşlara olan növbəti qayğısıdır. Ən əsası da bu onu göstərir ki, sakinlərlə olan görüşün arxasında vətəndaş məmnunluğu dayanır və bu, bundan sonra da belə olacaq. 

Sakinlər onlara göstərilən qayğıya və müraciətlərinə baxılmasına görə ölkə Prezidenti İlham Əliyevə, rayon rəhbərliyinə minnətdarlıqlarını bildirirlər.



Facebook-da paylaş


{sape_links}