Mənə göz nurumu qaytaran insan
Redaksiyaya məktub gəlib----------------------------
Hörmətli redaksiya! Çox düşünüb-daşındım. Sizin insanların taleyi ilə bağlı verdiyiniz yazılar mənə öz taleyim haqda, daha doğrusu, taleyimə zərbələr vurulduğu zaman mənə kömək edib həyata qaytaran İnsan haqqında yazmağa cürət, həvəs verdi. Ümid edirəm ki, bu yazı “Göyəzən” qəzetində, ya da GOYEZEN.AZ saytında dərc olunacaq və minlərlə oxucu bu sətirləri oxuyacaqdır.
Gənc olmağıma baxmayaraq mənim taleyim dünyaya gəldiyim gündən düz gətirməyib. Belə ki, kəndimiz - Bağanıs Ayrım kəndi ermənilər tərəfindən 27 ildir ki, işğal olunub. Qazaxda köçkünlük həyatı yaşayırıq. Sağ olsun ölkə başçısını. Ötən il məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə bizim ailəyə də mənzil verildi və artıq biz normal bir həyat yaşayırıq. Bizim ailəni, eləcə də 300-dən çox məcburi köçkün ailəsini mənzillə təmin etdirdiyinə görə Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm. Ömrü boyu ölkə başçısının duaçısı olacağam.
Köçkünlük həyatı az imiş kimi, gözlərimdə problem yaranmağa başladı. Göz xəstəliyi mənə əziyyət verirdi. Bunun qarşısını almaq üçün həkimlərin məsləhəti ilə Bakı şəhərində əməliyyat olundum. Bundan sonra görmə qabiliyyətimi daha da itirdim, günü-gündən vəziyyətim pisləşməyə başladı. Get-gedə gözümün nurunu itirirdim. Artıq öz doğmalarımın, uşaqlarımın üzünü belə görə bilmirdim. Yenə də həkimə düşdüm. Amma hansı həkimə müraciət etdimsə də, dərdimə əlac tapılmadı. Həkimlərin son məsləhəti belə oldu ki, mütləq xarici dövlətə getməliyəm. Mənim isə buna imkanım yox idi. Çünki ailəmin maddi durumu yaxşı deyildi. Xaricdə əməliyyat olunmaq üçün isə böyük vəsait tələb olunurdu. Çox ümidsiz halda idim. Həyat yoldaşından ayrılan, 2 azyaşlı uşaqları ilə atasının himayəsində yaşayan ana-qadın nə edə bilərdi? Özüm, elə valideynlərim də böyük bir dərd içində idik.
Biz Rəcəb Babaşovun xeyirxahlığı barədə çox eşitmişdik. Eşitmişdik ki, hamıya öz kömək əlini uzadır, ehtiyaclarını ödəyir. Elə bizim yaşadığımız yeni qəsəbədə neçə məcburi köçkün ailəsinə köməklik göstərib, çətin vəziyyətdən neçələrini qurtarıb. Biz də ailəmizlə belə qərara gəldik ki, cənab Rəcəb Babaşova müraciət edək. Çünki başqa çıxış yolumuz yox idi. Sonuncu ümid yerimiz Rəcəb müəllim idi.
Belə bir deyim var: Deyir, Allah dərd verəndə, dərmanını da verir. Biz müraciət edən zaman gördük ki, yanılmamışıq. Çünki Rəcəb Babaşov çox diqqətlə, özü də təəssüf hissi keçirə-keçirə bizi dinlədi. “Ağlama qızım, - dedi. – Hər nə lazımdırsa edəcəyəm ki, sənin gözlərin görsün”.
Ata qayğısı ilə deyilmiş bu sözlər ürəyimdə bir ümid qığılcımı yandırdı. İnandım ki, bu xeyirxah İnsan mənim dərdimə əlac edəcəkdir.
Elə də oldu. Mənim müraciətimdən sonra İcra Başçısı əməliyyat xərcini öz üzərinə götürdü. Məni əməliyyat olunmaq üçün Gürcüstan Respublikasına göndərdi. Əməliyyat çox çətin keçsə də nəticəsi uğurlu oldu. Mən indi görürəm. Uçmağa qanadım yoxdur. Çünki mən artıq öz övladlarımı görürəm, onların qayğısına qala bilirəm.
Rəcəb Babaşov gözümün nurunu qaytarmaqla mənə ikinci həyat verdi. Yer üzündə gözlərin nurunu qaytarmaqdan böyük savab iş yoxdur. Rəcəb müəllim gözlərimin işığını qaytarmaqla məni həyata qaytardı, yenidən həyat bəxş elədi. O, təkcə mənə deyil uşaqlarıma - qızım Zeynəbə və oğlum Raqifə də yeni bir həyat verdi. Atadan məhrum olan uşaqlarımı anadan məhrum olmağa qoymadı. Mən bu cavan yaşda əlimi hər şeydən üzmüşdüm, çünki özümü işə yararsız hesab edirdim. İndi isə uşaqlarımı saxlamaq üçün işləyə də bilərəm. Bütün bunlara görə, Rəcəb Babaşova minnətdaram. Bilmirəm ki, bu böyük xeyirxahlığa görə necə minnətdarlıq edim. Təkcə onu deyirəm ki, mənə göz nurumu qaytaranın ömrü nura boyansın.
Hörmətli redaksiya! Xahiş edirəm “Göyəzən” qəzeti və GOYEZEN.AZ saytı vasitəsilə mənim təşəkkürümü rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşova çatdırasınız.
Əvvəlcədən minnətdarlığımı bildirirəm.

Hörmətlə,
Adığözəlova Türkan Ramiz qızı,
Bağanıs Ayrım kənd sakini
Adığözəlova Türkan Ramiz qızı,
Bağanıs Ayrım kənd sakini
Facebook-da paylaş