• Təqvim

  • Maraq



Heydər parkının ərazisində ağaclara qulluq edilib və qızılgül tingləri əkilib


Fevralın 21-də Qazax Rayon Heydər Əliyev Mərkəzinin Tədbirlər Planına əsasən Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2023-cü il tarixli Sərəncamına uyğun olaraq Mərkəzin əməkdaşları tərəfindən yaşıllıqların artırılması və onlara qulluq məqsədilə Heydər Parkının ərazisində ağaclara qulluq edilib və qızılgül tingləri əkilib. 

Məlumdur ki, Azərbaycan 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetdən biri olan “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib. Və həmin prioritetə uyğun olaraq ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi məqsədilə bir sıra işlər görülüb və görülməkdədir. İşğaldan azad edilmiş Qarabağ, Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan edilib. Həmin ərazilərdə ətraf mühitin qorunması məqsədilə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri, “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar və s. ekosistemin bərpa olunmasına xidmət göstərən əsas amillərdir. 2021-ci il mayın 18-də Ağdam ictimaiyyət nümayəndələri ilə görüşən Prezident İlham Əliyev bəyan edib ki, bütün Qarabağ zonası "yaşıl enerji" zonası olacaq. Eyni zamanda, ölkəmiz bu il BMT- nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP 29 kimi beynəlxalq əhəmiyyətli bir tədbirə ev sahibliyi edəcək. Konvensiyaya üzv olan 198 ölkə bir sıra iqlim dəyişikliyi məsələlərini müzakirə etmək üçün Azərbaycanda bir araya gələcəklər. Bu tədbir həm də Ermənistanın işğal zamanı ərazilərimizdə həyata keçirdiyi ekoterror barədə məlumatların geniş auditoriyaya çatdırılması baxımdan da əhəmiyyətli olacaq.

Bu tədbirin keçirilməsində məqsəd ölkədə keçirilən ekoloji tədbirlərdə yaxından iştirak etmək və ekoloji maarifləndirmə həyata keçirməkdir.



Facebook-da paylaş