• Təqvim

  • Maraq



Daş Salahlı kənd sakinlərinin etdiyi müraciət artıq müsbət həllini tapıb


Bu gün ölkəmizdə dövlət siyasətinin əsasında vətəndaş amilinin dayanması, vətəndaş məmnunluğunun əsas götürülməsi cənab Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlara göstərdikləri qayğıda hər zaman öz əksini tapır. Dövlət başçısının, Birinci vitse-prezidentin xalqın, vətəndaşların arasında olmaları, onların müraciətlərini, istəklərini dinləmələri hər bir dövlət məmuruna nümunə olmalıdır. 

Vətəndaş amili, ölkə başçısının rəhbər vəzifəli şəxsləri qəbul edən zaman dövlət məmurlarına daim vətəndaşlarla təmasda olmaları, bütün kəndləri gəzmələri, kənd camaatı ilə görüşmələri, vətəndaşların ərizə və müraciətlərinə, onları narahat edən problemlərə həssaslıqla yanaşılması barədə aidiyyəti üzrə verdiyi tapşırıq və tövsiyələr Qazax rayonunda da hər zaman örnək götürülür. Rayonda həyata keçirilən bütün işlərdə vətəndaş məmnunluğunun təmin edilməsinə üstünlük verilir. Rayon rəhbərinin vətəndaşlara göstərdiyi qayğı, sakinlərin qaldırdıqları hər bir məsələyə daim həssaslıqla yanaşması bu dediklərimizin bariz nümunəsidir. 

Ölkə Prezidentinin yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması və vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda hər zaman operativ və həssaslıqla yanaşılır. Xüsusilə də şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli daim diqqət mərkəzində saxlanılır. Ölkə Prezidentinin, rayon rəhbərliyinin vətəndaşlara olan münasibətini əldə rəhbər tutan idarə, müəssisə, təşkilat və xidmət sahələrinin rəhbərləri də öz işlərində dövlət-vətəndaş münasibətlərinin qorunmasını, dövlətin, ölkə rəhbərinin vətəndaşa, şəhid ailələrinə olan qayğısını öz fəaliyyətlərində ön plana çəkirlər.


Qazax Elektrik Şəbəkəsinin rəhbərliyi də hər zaman öz fəaliyyətlərində vətəndaş amilini əsas götürərək onların etdikləri müraciətlərə həssaslıqla yanaşır, qaldırılan məsələlərin müsbət həll olunması üçün böyük səylə çalışırlar. Bir qrup Daş Salahlı kənd sakininin elektrik enerjisinin gərginlik düşgüsü ilə bağlı müraciətlərinin bu gün Şəbəkə tərəfindən müsbət həll olunması dediklərimizin əyani sübutudur.

Dekabrın 26-da Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə Daş Salahlı kəndində olub, sözügedən məsələnin həlli istiqamətində görülmüş işlərlə yerində maraqlanıb.

Rayon rəhbərliyinə görülmüş işlər barədə məlumat verən Qazax Elektrik Şəbəkəsinin rəisi Nəvayi Alıyev Daş Salahlı kəndində 57 abonentin yaşadığı ərazidə yeni güc mərkəzi yaradılaraq 100 KVA gücündə yeni transformator quraşdırıldığını bildirib. N.Alıyev yeni yaradılmış güc mərkəzi sayəsində elektrik enerjisinin gərginlik düşgüsünün aradan qaldırıldığını qeyd edib. 

Sakinlərlə səmimi söhbət edən icra başçısı ölkə Prezidentinin vətəndaşlara göstərdiyi qayğısının Qazaxda hər zaman örnək götürüldüyünü, həmişə olduğu kimi, bundan sonra da vətəndaş amilinin əsas götürüləcəyini, edilən hər bir müraciətə, qaldırılan məsələyə həssaslıqla yanaşılacağını söyləyib. Sakinlərin yaşadıqları ərazidə su təminatı və məişət tullantılarının götürülməsi ilə bağlı müraciətlərini dinləyən rayon rəhbəri səslənən məsələlərin həlli istiqamətində lazımi addımlar atılacağını vurğulayıb.

Görüşdə iştirak edən kənd sakinləri onlara göstərilən qayğıya, eləcə də etdikləri müraciətin müsbət həll olunmasına görə ölkə Prezidenti İlham Əliyevə, rayon rəhbərliyinə və əziyyəti keçən insanlara minnətdarlıqlarını bildiriblər.



Facebook-da paylaş