Qazax: Kənd təsərrüfatı mütəxəssislərinə həmişə ehtiyac var..
QAZAX RESPUBLİKA MƏTBUATINDA
Qazax rayon İcra Hakimiyyətində kənd təsərrüfatı sahəsi üzrə ixtisaslı mütəxəssislərin hazırlanması işinin vəziyyəti və bu sahədə qarşıda duran məsələlərə həsr olunmuş müşavirə keçirilmişdir.
Müşavirədə icra hakimiyyəti aparatının məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri, kənd təsərrüfatı üzrə mütəxəssislər, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin müəllim və tələbələri, sahibkarlar, KİV nümayəndələri iştirak etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov müşavirəni giriş sözü ilə açaraq demişdir ki, ölkə Prezidenti cənab İlham Əliyev qeyri-neft sektoru sahələrinin, o cümlədən kənd təsərrüfatının inkişaf etdirilməsini mühüm vəzifə kimi qarşıya qoymuşdur. Bu istiqamətdə Qazaxda da bir sıra işlər görülmüş və müəyyən uğurlar əldə edilmişdir. Rayon üçün xarakterik olmayan yeni bitki növlərinin əkinini ilk dəfə həyata keçirməklə bu sahənin daha da genişləndirilməsinə nail olunmuşdur. Lakin əldə edilən göstəricilər arxayınlaşmağa əsas vermir. Kənd təsərrüfatının davamlı inkişaf etdirilməsi qarşıda yeni perespektivlər açır və bunun reallığa çevrilməsi üçün Qazaxda hər cür imkan və şərait var. Təsadüfi deyil ki, cari ildə əkin sahələri daha da genişləndirilmiş, lazımi aqrotexniki tədbirlər həyata keçirilmişdir. Rəcəb Babaşov qeyd etmişdir ki, kənd təsərrüfatının inkişaf etdirilməsi, eyni zamanda, bu sahənin ixtisaslı mütəxəssislərlə təmin olunmasından çox asılıdır. Buna görə də ixtisaslı mütəxəssislərin yetişdirilməsinin qayğısına indidən qalmaq lazımdır.
Sonra rayon kənd təsərrüfatı idarəsinin rəisi Həmid Pənahov, Qazax konserv zavodunun direktoru Nəbi Paşayev, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin tədris işləri üzrə direktor müavini Nicat Göyüşov, suvarma sistemləri idarəsinin rəisi Abbas Göyüşov, "Melioservis” idarəsinin rəisi Ərəş Pənahov, təcrübəli təsərrüfat işçisi Məhəmməd Məhəmmədov, aqronom Əli Mustafayev, tütünçü Firudin Musayev və başqaları çıxış edərək müşavirədə qaldırılan məsələlərin çox əhəmiyyətli və zamanın tələbinə uyğun olduğunu bildirmişlər. Qeyd olunmuşdur ki, kənd təsərrüfatının ixtisaslı mütəxəssislərlə təmin olunması ciddi və vacib məsələdir. Təəssüf ki, indiyədək bu sahəyə rayonda lazımınca diqqət yetirilməyib. Məsələyə laqeyd yanaşmanın nəticəsidir ki, bu gün rayondakı şirkətlər, fermerlər, sahibkarlar ixtisaslı kadr cəhətdən çətinlik çəkir və bu sahəyə olan ehtiyaclarını ödəyə bilmirlər. Boşluğu aradan qaldırmaq üçün bu gündən konkret əməli tədbirlər həyata keçirilməlidir. Bir sözlə, çalışmaq lazımdır ki, ixtisaslı mütəxəssislər kənardan dəvət olunmasın, rayonun özündə yetişsin. Bu, həm də işsizliyin aradan qaldırılmasına böyük təkan verər.
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov müşavirəyə yekun vuraraq bildirmişdir ki, kənd təsərrüfatının daha da inkişaf etdirilməsi və yüksək məhsuldarlıq əldə olunması üçün Qazaxda təcrübəli və ixtisaslı mütəxəssislərdən ibarət işçi qrupları yaradılmalıdır. Bu qruplar taxılçılıq, kartofçuluq, üzümçülük, fındıqçılıq, baramaçılıq, tütünçülük, heyvandarlıq və başqa sahələri əhatə etməlidir. Kollecdə təhsil alan yuxarı kurs tələbələrinin gələcəkdə daha yaxşı mütəxəssis kimi yetişdirilməsi üçün başqa ali təhsil müəssisələrindən peşəkar müəllimlər dəvət olunmalıdır. İcra hakimiyyətinin başçısı tələbələrin təsərrüfatda təcrübə toplamaları və bu sahəni tam mənimsəmələri üçün onlara lazımi şərait yaradılması barədə tapşırıq vermiş və qeyd etmişdir ki, məsələni ciddi nəzarətdə saxlayacaqdır.

Hamlet QASIMOV,
"Xalq qəzeti”nin bölgə müxbiri
8 dekabr 2017-ci il
"Xalq qəzeti”nin bölgə müxbiri
8 dekabr 2017-ci il
Facebook-da paylaş