• Təqvim

  • Maraq

Kənd təsərrüfatı ixtisaslı mütəxəssislərlə təmin olunmalıdır

Kənd təsərrüfatı ixtisaslı mütəxəssislərlə təmin olunmalıdır
Bu gün Qazax rayonunda kənd təsərrüfatı sahəsi üzrə ixtisaslı mütəxəssislərin hazırlanması məqsədilə müşavirə keçirilib.

Qazax rayon İcra Hakimiyyətinin akt zalında keçirilən müşavirədə RİHB Aparatının məsul işçiləri, idarə və müəssisə rəhbərləri, aqronomlar, kənd təsərrüfatı məhsulları istehsalçıları, iş axtaranlar, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin müəllim və tələbə kollektivi, sahibkarlar, KİV nümayəndələri iştirak edib.

Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov müşavirəni giriş sözü ilə açaraq bugünkü tədbirin işgüzar xarakter daşıdığını bildirib. Qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən qeyri-neft sektoru sahələrinin, o cümlədən kənd təsərrüfatının inkişaf etdirilməsi mühüm bir vəzifə kimi qarşıya qoyulmuşdur. Bu vəzifənin həyata keçirilməsi istiqamətində rayonumuzda da mühüm işlər görülmüş və bu proses artan sürətlə davam etməkdədir. Bu il əldə etdiyimiz uğurlu göstəricilər göstərdi ki, rayonumuzda kənd təsərrüfatı sahəsində yüksək nəticələr əldə etmək mümkündür. Bundan başqa, biz rayonumuzda yeni kənd təsərrüfatı bitkilərinin əkinini ilk dəfə həyata keçirməklə bu sahənin daha da genişləndirilməsinə nail olmuşuq.

Lakin əldə edilən göstəricilər heç bir arxayınçılıq yaratmamalıdır. Kənd təsərrüfatının davamlı inkişaf etdirilməsi qarşımızda yeni perespektivlər açır və bunun reallığa çevrilməsi üçün Qazaxda hər cür imkan və şərait var. Ona görə də bu il əkin sahələri daha da genişləndirilmiş, lazımi aqrotexniki tədbirlər həyata keçirilmişdir.
Kənd təsərrüfatı ixtisaslı mütəxəssislərlə təmin olunmalıdır
Rəcəb Babaşov qeyd edib ki, kənd təsərrüfatının inkişaf etdirilməsi eyni zamanda bu sahənin ixtisaslı mütəxəssislərlə təmin olunmasından da çox asılıdır. Bunun üçün bu sahənin inkişafı ilə yanaşı, gələcəkdə ixtisaslı mütəxəssislərin yetişdirilməsinin qayğısına da indidən qalmaq lazımdır. Bunun üçün bu gün bura Qazax Dövlət Sosial-İqtisadi Kollecinin yuxarı kurs tələbələri dəvət olunubdur. Biz bu gənclərin həm yaxşı oxumalarını, həm də müxtəlif təsərrüfatlarda təcrübə keçmələrini, öz ixtisaslarını mükəmməl öyrənmələrini indidən təmin etməliyik ki, gələcəkdə onlar ixtisaslı mütəxəssislər kimi yetişsinlər.

Sonra Kənd Təsərrüfatı İdarəsinin rəisi Həmid Pənahov, Qazax Konserv zavodunun direktoru Nəbi Paşayev, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin tədris işləri üzrə direktor müavini Nicat Göyüşov, Suvarma Sistemləri İdarəsinin rəisi Abbas Göyüşov, Melioservis İdarəsinin rəisi Ərəş Pənahov, təcrübəli təsərrüfat işçisi Məhəmməd Məhəmmədov, təsərrüfatçı, aqronom Əli Mustafayev, təcrübəli tütünçü Firuddin Musayev çıxış edərək bugünkü müşavirədə qaldırılan məsələlərin olduqca əhəmiyyətli və zamanın tələbinə uyğun olduğunu bildiriblər. Qeyd ediblər ki, kənd təsərrüfatının ixtisaslı mütəxəssislərlə təmin olunması olduqca mühüm məsələdir. Lakin indiyə qədər bu sahəyə diqqət yetirilməyib. Bunun nəticəsidir ki, bu gün rayonumuzdakı şirkətlər, fermerlər, sahibkarlar ixtisaslı kadrlara olan ehtiyaclarını ödəyə bilmirlər. Bu boşluğu aradan qaldırmaq üçün bu gündən konkret əməli tədbirlər həyata keçirilməlidir. Bir sözlə, çalışmaq lazımdır ki, ixtisaslı mütəxəssislər kənardan dəvət olunmasın, özümüzdə yetişsin. Çünki bu, həm də işsizliyin aradan qaldırılmasına böyük təkan verər.

Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edənləri diqqətlə dinlədikdən sonra müşavirənin yekunu olaraq konkret tapşırıqlar verib. Bildirib ki, kənd təsərrüfatının daha da inkişaf etdirilməsi və yüksək məhsuldarlıq əldə olunması üçün rayonumuzdakı təcrübəli və ixtisaslı mütəxəssislərdən ibarət işçi qrupları yaradılsın. Bu qruplar taxılçılıq, kartofçuluq, üzümçülük, fındıqçılıq, baramaçılıq, tütünçülük, heyvandarlıq və başqa sahələri əhatə etsin. Kollecdə təhsil alan yuxarı kurs tələbələrinin gələcəkdə ixtisaslı mütəxəssislər kimi yetişdirilməsi üçün başqa ali təhsil müəssisələrindən peşəkar müəllimlər dəvət olunsun. İcra Başçısı tələbələrin təsərrüfatda təcrübə toplamaları və bu sahəni mənimsəmələri üçün onlara şərait yaradılması barədə tapşırıq verib. Qeyd edib ki, qaldırılan bu vacib məsələ ilə bağlı müşavirə və müzakirələr gələcəkdə də davam etdiriləcəkdir.

Elçin İSMAYIL

Facebook-da paylaş