• Təqvim

  • Unutma

  • Maraq



İcra başçısı şəhid ailəsinin yaşadığı küçədə görülmüş işlərlə tanış olub


Bu gün müstəqil Azərbaycanda ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən dövlət siyasətinin əsasını vətəndaş amili, vətəndaş məmnunluğu təşkil edir. Ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın xalqın, vətəndaşların arasında olmaları, onların müraciətlərini, istəklərini dinləmələri bunun bariz nümunəsidir. 

Vətəndaş amili, ölkə başçısının rəhbər vəzifəli şəxsləri qəbul edən zaman dövlət məmurlarına daim vətəndaşlarla təmasda olmaları, bütün kəndləri gəzmələri, kənd camaatı ilə görüşmələri, vətəndaşların ərizə və müraciətlərinə, onları narahat edən problemlərə həssaslıqla yanaşılması barədə aidiyyəti üzrə verdiyi tapşırıq və tövsiyələr Qazax rayonunda da hər zaman örnək götürülür. Rayonda həyata keçirilən bütün işlərdə vətəndaş məmnunluğunun təmin edilməsinə üstünlük verilir. Rayon rəhbərinin vətəndaşlara göstərdiyi qayğı, sakinlərin qaldırdıqları hər bir məsələyə daim həssaslıqla yanaşması bu dediklərimizin əyani sübutudur.

Ölkə Prezidentinin, Birinci vitse-prezidentin şəhidlərimizin ailələrinə, Qarabağ müharibəsi əlillərinə, iştirakçılarına, onların ailələrinə göstərdikləri dövlət qayğısı Qazax rayonunda da hər zaman nümunə götürülür. Rəhbər təyin olunduğu ilk gündən şəhidlərimizin xatirəsini əziz tutan, onların ailə üzvlərinə, hərbçilərimizə, yaralı əsgər və zabitlərimizə daim qayğı ilə yanaşan rayon rəhbərliyi bu gün də öz ənənəsinə sadiq qalaraq şəhid ailələrini, yaralılarımızı, qazilərimizi ziyarət edir, qayğıları ilə maraqlanır, diqqət və qayğısını əsirgəmir. Şəhidlərimizin xatirəsini əziz tutmağı, onların ailə üzvlərinə qayğı göstərməyi fəaliyyətinin əsas hissəsi hesab edir.

44 günlük Vətən müharibəsində iştirak edən və qazanılan Qələbədə payı olan oğullarımızdan biri də döyüş meydanında göstərdiyi qəhrəmanlığa görə ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Qazax şəhər sakini, şəhid gizir Abdullayev Sərxan Elxan oğludur.


Mayın 23-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri ilə birlikdə Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş gizir Sərxan Abdullayevin ailəsi yaşayan şəhərin Ələddin Qədirov küçəsində olub, burada görülmüş işlərlə maraqlanıb. 

Rayon rəhbərinə məlumat verilib ki, küçəyə şeben verilərək hamarlanıb, həmçinin, küçənin işıqlandırılması təmin olunub. Görülmüş işlərlə yerində tanış olan icra başçısı küçədə olan elektrik və rabitə xətlərinin səliqəyə salınmasını, lazımi işlərin görülməsini bildirib və aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib.


“Hər bir şəhid ailəsi mənim üçün doğmadır, əzizdir. Onlara qayğı göstərmək hər birimizin borcudur”, - deyən icra başçısı şəhid ailələrinə olan səmimi münasibətin, göstərilən diqqətin bundan sonra da olduğu kimi davam etdiriləcəyini bildirib. Ölkə Prezidenti tərəfindən şəhidlərimizə, şəhid ailələrinə, hərbçilərimizə, əsgərlərimizə, onların ailə üzvlərinə göstərilən qayğıdan söz açan rayon rəhbəri həmin qayğının hər birimiz üçün örnək və nümunə olduğunu vurğulayıb. 

Şəhid atası Elxan Abdullayev şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və rayon rəhbərliyinə minnətdarlığını bildirib. Yaşadıqları küçədə görülmüş işləri həmin qayğının bariz nümunəsi kimi qiymətləndirib.

GOYEZEN.AZ



Facebook-da paylaş