• Təqvim

  • Maraq



Qazaxda “Azərbaycan diplomatiyasının tarixi qələbəsi” mövzusunda konfrans keçirilib YENİLƏNƏCƏK


Avqustun 18-də 2025-ci il ”Konstitusiya və Suverenlik İli” çərçivəsində Qazax Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası (YAP) Qazax Rayon Təşkilatı, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi və Qazax Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycan diplomatiyasının tarixi qələbəsi” mövzusunda konfrans keçirilib. 

Tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsindəki nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, köməkçisi Akif Əmirov, YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ataları, təhsil, mədəniyyət, səhiyyə işçiləri, ziyalılar, KİV nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla anıblar.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin, respublikamızın ərazi bütövlüyü, ölkəmizin suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin, igid Vətən oğullarının əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vaşinqton səfərini özündə əks etdirən görüntülərdən ibarət videoçarx nümayiş etdirilib.

 



Facebook-da paylaş