QAZAĞIN ADİL RƏHBƏRİ
Şəxsiyyət vəsiqəsində Qazax yazılıb, Qazax üçün heç nə etməyən adam Qazaxlı deyil. Əsl qazaxlı Qazax üçün çalışan, Qazağı Qazax kimi sevən insandır. Bu baxımdan cənab Rəcəb Babaşov əsl Qazaxlıdır. Pəhləvan Ramiz Tağıyev
“Sən bizim ellərin ruhuna bir bax, Bizdən inciməmiş bir əziz qonaq.” Doğrudan da biz qazaxlılardan bircə qonaq da inciməyib. Kimliyindən asılı olmayaraq qonaq adına qapımızı döyən hər kəsi süfrəmizin başında oturtmuşuq. Ancaq çox təəssüf ki, uzun illərdir biz qazaxlılar RİH-nin başçılarından incimişik. “Vəzifə el atıdır. Hər gələn bir qamçı vurar.” –deyib atalarımız. Böyük təəssüflə qeyd edirəm ki, bu ata qamçını elə vurdular ki, Qazaxda hər bir sahədə böyük uçurum yarandı. Hara nəzər etdik ürək ağrıdan boşluğun şahidi olduq. “Dinmə, dişlərini tökərəm.” – dedilər. Dinənə demaqoq dedilər, dinməyənə qanmaz. Çox acınacaqlı yaşadıq ötən illəri. Hər dəfə təzə rəhbər gələndə ümid etdik ki, bu rəhbər ədalətli olacaq. O, da bir ay, cəmi bir ay, yaxud da 5-6 ay insaflı işlədi. Şikayətçiləri qəbul etdilər. İşin düzələcək deyib, “acaq, əcək” şəkilçiləri ilə gələcəyimizi aldatdılar, məhv etməyə çalışdılar. Bizi gözü kölgəli yaşamağa vadar etdilər. Bezdik, usandıq, yalançı vədlərdən, standart, şablon təriflərdən. Küçələrə daş düzdülər, rahat gedib-gələcəyik cümləmizi bitirməmiş, daşın ayağımızın altında titrədiyini gördük. Yazıq daş neyləsin? Keyfiyyətsiz, satışı yararsız sementi mala ilə daşa çəkib, möhkəm ol, deməklə deyil ki?! Daş bir həftə tab gətirirdi bu haqsızlığa. Biz qazaxlılar isə nə az, nə çox düz 25 il tab gətirdik. 25 il bir igidin ömrüdür.
Neçə-neçə igid oğullarımızın, ismətli qızlarımızın haqqı tapdandı. Qranitdən də möhkəm insan, Xalq yazıçısı Mehdi Hüseynin büstü əzəli yerindən götürüldü, sellofana bükülərək, adını daşıyan internat məktəbinin həyətində bir küncdən qoyuldu. Həmin illər mən tələbə idim. Mehdi Hüseynə verilən mənfi qiymətin şahidi idim. Hər dəfə Qranit Adamın büstünü yerlərdə gördükcə daxilən alışıb yanırdım. Bir neçə dəfə cəhd edib İcra Hakimiyyətinin qarşısına da getmişdim. Ancaq nə fayda?! Rəhbər məşğuldur cümləsindən başqa cümlə eşitməmişəm. Nə ilə məşğul olduğu isə Allaha məlum idi. İçim göynəyə-göynəyə evə qayıtmışam. Mənim sözümü kim idi eşitmək istəyən?! Bir tələbənin səsini boğmağa nə vardı ki? Fərrux Ağa Qayıbovun xatirəsinə marşal Pavel Kutaxovun hədiyyə etdiyi Samalyot (1973-cü ildə) gah atıldı, gah satıldı. “Samalyotun yanı” ifadəsi hər birimizin ən müqəddəs ifadəsi idi. Bu ifadəni də beynimizdən silməyə çalışdılar. Dəhşət idi. Dür aliminiumu Fərrux Ağa Qayıbovun şücaətindən qiymətli bilib satdılar. Qeyrətli qazaxlılar ayağa durdular, həmin Samalyotu satıldığı ünvandan qəhrəmanın göz açdığı Salahlı kəndinə gətirdilər.
Belə faciələr çox oldu. Mərkəzi Xəstəxana söküldü. Nə izi qaldı, nə də tozu. Daş karxanasından bir kamaz daş 300 manata alınırdırsa, burda məmurlar bir azca “insaflı olub” bir kamaz xəstəxana daşını 300 manatdan aşağı qiymətə satdılar. Himinə kimi Mərkəzi Xəstəxana talandı. Körpələrin yeməyinə də əl atdılar. Makaronu suda bişirib, it yalı kimi it yemək yediyi (sağlamlığa zərər verə biləcək) qablarda süfrəyə düzüb gələcəyimiz olan körpələri elə körpəlikdən məhv etməyə çalışdılar. Səhiyyəyə, bağçaya, təhsilə, mədəniyyətə ayrılan pulları vicdanları sızıldamadan yedilər. Mərkəzi bazar Canalı kəndinin girəcəyinə köçürələcək deyib, yalan söz yaydılar camaat arasında. Bir sot rayon torpağını həmin vaxt Bakıda satışa çıxarılan torpaqdan da baha satdılar. Daha hansı pisliyi etmədilər ki, Qazağa?! Yazmaqla bitən deyil. Vicdanı pula satmaq eşitmişdim. Ancaq bu qədərini eşitməmişdim.
Ötən 25 ildə vicdanı pula satılmağın necə olduğunu rayon rəhbərləri, səlahiyyətli şəxslər utanmadan, çəkinmədən nümayiş etdirdilər. Qazağa sərvət kimi baxanlar anlamaq istəmədilər ki, hər iş ölkə başçısının nəzarətindədir. Vaxt gələcək elə sərvət xainləri yumşaq kresloya həsrət qalacaqlar. Və vaxt gələcək ki, millətini göz bəbəyi kimi sevən bir insan Qazax rayonuna rəhbər təyin olunacaq. Biz də bu rəhbərin gördüyü işlərdən qürur duyacayıq və prezident İlham Əliyev cənablarına sidq ürəkdən təşəkkür edəcəyik. Ölkənin ən çətin vaxtlarında ulu öndər Heydər Əliyev Qazax ictimaiyyəti ilə görüşü zamanı Qazağa və qazaxlılara öz yüksək qiymətini vermişdir: “Siz, əziz qazaxlılar, burada həm öz torpağınızı qoruyursunuz, həm də Azərbaycanı qoruyursuz. Siz bütün Azərbaycan xalqının dayağısınız!” Heydər Əliyev həmin cümlə ilə hər kəsi ədalətli olmağa çağırırdı. Həmin cümlə biz qazaxlıların devizi idi. Anlayana o cümlə böyük məsuliyyət demək idi. Anlamayanları qazaxlılar lənətlə anır. Anlayana salam olsun! El qədrini bilənlərə salam olsun! Yurd oduna yananlara salam olsun! Tutduğu vəzifəyə vicdanla yanaşanlara salam olsun! Vicanlı insanlar Eşq deməkdir. Allahın bəndəsindən tək istəyi vicdanlı, pak olmağıdır. Pak olan kimsələrə salam olsun! Ötən ilin may ayı idi. Rayona yeni rəhbər təyin olunması xəbərini eşitdik.
Dostlardan maraqlandım ki, bu rəhbər necə insandı? İlk dəfə xoş xəbəri pəhləvan Ramiz Tağıyevdən eşitdim. Ramiz müəllim yeni rəhbərin təmiz əxlaqa malik olduğunu söylədi. Çox sevindim. Rayona təyin olunduğu ilk günlərdə Ramiz müəllimlə görüşü, Məhəmmədəli pəhləvanın adını daşıyan güləş zalının tam təmirsiz vəziyyəti ilə maraqlanması artıq Rəcəb müəllimin qeyrətli rəhbər olmağından xəbər verirdi. Zal lazımi şəkildə təmir olundu. Kosalar, Canalı, Əzizbəyli, Çaylı kənd yolları təmir olundu. Sərhəd kəndlərində olan evlərin dam örtüyü dəyişdirildi. Şəhid ailələrinə xüsusi diqqət ayrıldı.
Rayonda olan təmirsiz evlər (çoxmənzilli binalar) tam təmir olundu. 25 ildir ki, Kosalar kəndində arxlara su gəlmirdi. Ağaclar su deyib yanırdılar. Kim idi ağacın halına yanan? Kim idi kəndlinin zülmlə əkdiyi bostanın qeydinə qalan? Meyvələr susuzluqdan yetişmir, ağacdan vaxtsız düşürdü. Kəndlinin qış azuqəsi elə yayda yox olurdu. Su İmam ehsanıdır. Ehsan olan suyu da camaata çox gördülər. Var olsun Rəcəb müəllimi. Kənd içi arxları ekskavatorlarla təmizlətdi. İndi arxlara su gəlir. Torpaq su deyə haray çəkmir. Bağ-bağçalar susuzluqdan yanıb külə dönmür.
Azərbaycan Milli Qəhrəmanları Alı Mustafayevin, Firudin Şamoyevin, eləcə də neçə-neçə şəhidin adına abidə-bulaq inşa edildi. Aprel şəhidləri böyük ehtiramla yad edildi. Saya-hesaba gəlməyəcək işlər görüldü. Şəhid qəbirlərində, eləcə də kənd-şəhər qəbiristanlıqlarında təmizlik işləri aparıldı.
Canından keçməyir, qorxur qandanmı?
Səngərdə, döyüşən qoşundadır, bax!
Şəhid məzarları qəbiristandamı?
Onun da bağrının başındadır, bax!
Barat Vüsal
Keçmişini abad etməyənin gələcəyi bərbad olar. Rəcəb müəllim keçmişi, şəhidləri, dünyasını dəyişən kimsələri böyük ehtiramla yad etdi. Bu hal da Qazağın yaxın gələcəkdə abad bir rayon olmasını deməyə bizdə inam yaratdı. Hər bir sahədə rüşvətin qarşısı tam alındı. Səhlənkarlıq, özbaşınalıq yığışdırıldı. Ən əsas olan təmiz mənəviyyatdır. Rəcəb müəllim mənəviyyatı təmiz olan insandır. Mənəviyyat olan yerdə ancaq halallıqdan danışmaq olar. İndi biz qazaxlıların rayon rəhbəri deyilən zaman düşüncəsində ancaq və ancaq halal bir insan canlanır. Bu insan işinin vurğunu olan şəxsiyyətdir. Rəcəb müəllim hər bir insana qarşı diqqətlidir. İstər fəhlə olsun, istər alim, istərsə də şair. Bu böyük insanla həmsöhbət olmaq mənə də qismət oldu. Rəcəb müəllim, Gulaya xanım və mənim səmimi bir görüşümüz oldu. Sadə, səmimi, millətini sevən bir insanın rayona rəhbərlik etməsindən qürur duydum. Bu böyüklüyü ona bəxş edən Uca Yaradandır. Əgər bir qəlbdə iman yoxdursa, o adamın xalqa məhəbbətindən söz gedə bilməz. Rəcəb müəllim qəlbi iman işığı ilə döyünən kamil insandır. Hz.Xızır dedi: - Yaradılanı sev, Yaradanın xatirinə. Rəhbəri olduğu rayonda hər kəsə diqqət və sevgi bəxş edən Rəcəb müəllim hər kəsə qarşı xüsusi diqqət ayırır. Könül adamıdır Rəcəb müəllim. Allaha könlündə baş əyənlərdəndir.
ŞİKAYƏTLƏR HƏMİN DƏQİQƏ HƏLLİNİ TAPIR
RİH məktublar qəbiristanlığına çevrilmişdi. Kim idi məktuba baxan? Məktubdakı fikirlər oxunmamış zibil qablarının ünvanı olurdular. Zibil qabları da əzik-üzük, ünvanına yetişməyən məktubların əlindən zinhara gəlmişdi. Zibil qabları məktublar məzarıstanlığı idi. Rəhbərin köməkçisinin həndəvərinə hərlənmək mümkün deyildi. Aparatda məsul işçilər özlərini bütləşdirmişdi. Səudiyyə Ərəbistanının kralının qəbuluna düşmək kimi əlçatmaz idi aparatda qəbula düşmək. Hamı “iş başında” idi.
Ancaq indi hər kəs həqiqətən iş başındadır. Rəcəb müəllim aparatda elə rejim yaradıb ki, hər bir işçi xalqla xoş münasibətdədir. Əmin müəllimin işə canla-başla yanaşması təqdirəlayiqdir. Əmin müəllim bütün şikayət və təklifləri elə həmin an cənab rəhbərin diqqətinə çatdırır. Rəhbər də həmin işlərin vaxt itirmədən həlli üçün lazımi tapşırıqlar verir. Camaatla rəhbər arasında böyük inam var.
YAĞI DÜŞMƏN MƏHV OLMALIDIR
O, özünü hər an əldə silah səngərdə dayanan Vətən əsgəri sanır. Qazağın girəcəyində at heykəli var idi. Atam həmişə deyirdi ki, bu at ponidir. Doğrudan da, Dilboz atına qətiyyən oxşarı yox idi həmin at heykəlinin. Rəcəb müəllimin göstərişi ilə həmin at heykəli yenisi ilə əvəzləndi. At heykəlinin necə araya-ərsəyə gəlməsi barəsində danışarkən mən bu insanın necə mübariz insan olduğunu kəşf etdim. At heykəli hazır olur. Ancaq heykəldəki müəyyən işlər onu tam qane etmir. Səhər tezdən Horadizə - heykəltaraşın yanına gedir. Heykəldə müəyyən dəyişikliklərin olmasının vacib olduğunu deyir: - At döyüşdə, meydanda necə olursa, o cür təqdim olunmalıdır. Biz sərhəd bölgəsiyik. Hər an döyüşə hazır olmalıyıq. Bu səbəbdən də at meydanda hünər göstərən vəziyyətdə təsvir olunmalıdır. Atın saçları şahə qalxmalı, ön ayaqlarında damarlar təsvir olunmalı, ağzından od püskürməli, nalı qığılcım saçmalıdır. Günorta Horadizdən Qazağa yol alan Rəcəb müəllim həmin gün nahar yeməyini maşında yeyir. Naharda yediyi pendir-çörək olur. Bu hal da Rəcəb müəllimin işinə necə vicdanla yanaşmasından xəbər verir. Möhtəşəm bir təsvirin planını söyləyən Rəcəb müəllim heykəlin qala üzərinə necə qoyulmasına da xüsusi diqqət ayırır: - Atın ağzı işğalda olan Qərbi Azərbaycan torpaqlarına tərəfdir. Bunun da öz mənası var. At düşmənlərə demək istəyir ki, sizi hər an parçalamağa hazıram. Sizin ayaqlar altında qalacağınız günə çox az qalıb. Bura Qazaxdır! Bura Azərbaycandır!
MƏCBURİ KÖÇKÜNLƏR ÜÇÜN ƏLİNDƏN GƏLƏN KÖMƏKLİYİ ƏSİRGƏMİR
Rəcəb müəllim məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün əlindən gələn köməkliyi əsirgəmir. Deyir ki, mənə ən təsir edən məqam odur ki, 50 yaşında ata yurdundan didərgin salınmış insanın indi 75 yaşı var və həmin insan hələ də evsizdir. O, insana onsuz da olan olub. Niyə həmin insanlar evsiz yaşamalıdır? Hər bir şəhid və məcburi köçkün ailəsi evlə təmin olunacaq. Belə olan halda təbii ki, insanlarda döyüş ruhu yüksələcək!
MİLLƏTİNİ YAŞATMAQ ÜÇÜN YAŞAYAN RƏHBƏR
Hər anı Qazağın daha da gözəlləşməsi, insanların daha da yaxşı yaşaması üçün çalışan Rəcəb müəllim qarşısına bircə məqsəd qoyub: Qazax ən inkişaf etmiş rayonlar sırasında olmalıdır. Gecəsini gündüzünə qatıb yorulmadan çalışır. Bu insan günəş dünyanı oyanmağa səsləyən ilk saniyədən gecənin lal sükütuna kimi iş başındadır.
Hər bir qazaxlı Rəcəb müəllimin xətrini ən əziz insanı kimi istəyir. Biz qazaxlıların ürəyində pak, təmiz bir rayon rəhbərinin heykəli ucalıb. O, heykəli qəlblərdə Rəcəb müəllim gördüyü ibrətamiz əməlləri ilə ucaldıb.
İMAN SAHİBİ RƏHBƏR
Keçmişdən, gələcəkdən söhbət edən Rəcəb müəllim halal ocaqda göz açıb dünyaya. Bu halallıq onun iş prinsipinə də yansıyıb. Babası Böyük Vətən Müharibəsinin fədakar döyüşçülərindən olub. Müharibədən sonra Sabirabadın Qaralar kəndində Kənd İcra Nümayəndəsi vəzifəsində çalışıb. Hamımıza tarixdən məlum olduğu kimi Sovet hakimiyyəti İslam dininin əleyhinə idi. Bu səbəbdən də kəndlərdə olan məscidlər klub, məktəb, ya da anbar kimi fəaliyyət göstərirdi. Stalinin amansız rejimindən qorxmayan Kənd İcra Nümayəndəsi min bir çətinliyə sinə gərib kəndin məscidini olduğu kimi qoruyub-saxlayır. İllər keçir. Rəcəb müəllim həmin məscidi yenidən əsaslı şəkildə bərpa etdirir. Harda bir imkansız kimsənin olduğunu bilən zaman gecə də olsa həmin insanın qapısını döyər və özü ilə gətirdiyi ruziləri o ailəyə təhvil verər. Çox vaxt isə etdiyi yaxşılığın gizli qalması üçün yaxın bir insandan xahiş edər həmin ruzinin istənilən ünvana çatdırılmasını.
VİCDANI TƏMİZ RƏHBƏR
Rəcəb müəllimlə müsahib olmaq mənə həm də bir insanın insan kimi formalaşmağında vacib olan əməllər hansıdır sualının cavabını tapmaqda kömək etdi. Rəcəb müəllim deyir: - Heç bir işi özümə görə etmədim yaşadığım ömürdə. Bütün işlərimi, əməllərimi Allah üçün etdim. Mən Allahın yaratdığı bəndəyəm. İşlərimi öz istəyim üçün planlaşdırmadım heç vaxt. Mən işlərimi Uca Allahın istəyinə uyğun planlaşdırdım. Allahın buyurduğu kimi olmağa çalışdım. Haqqı nahaqqa dəyişmədim. Kasıbın, yetimin malına göz dikmədim. Əxlaqın təmiz olması mənim üçün insanlıq adının ən uca zirvəsidir. Yıxılanı qaldırmaq, ağlayanı sakitləşdirmək, acı doyurmaq hər birimizin yerinə yetirməyi vacib olduğu əməldir. Vicdanı, əqidəni tutduğun vəzifədən üstün bilməlisən. O zaman böyük uğur qazana bilərsən. O zaman eldən rəhmət alarsan. Mən hər gün öz-özümə hesabat verirəm: Bu gün hansı işləri gördüm? Hansı işi düz, hansı işi səhv etdim? Səhər hansı işi görsəm camaat məndən razı qalar? Çünki insanın bu dünyadan apardığı bir rəhmətdir, bir də lənət. Elə yaşamağa çalışıram ki, vicdanlı insan adına sahib olum. Mən bu günüm üçün yaşamıram. Bu gün Qazaxda 10 yaşlı uşağın yaddaşında necə qalacamsa 50-60 il sonra da elə xatırlanacam. Sağlığında rəhmət qazanmaq insana nəsib olan əlçatmaz xoşbəxtlikdir!
Söhbətimiz zamanı mən Rəcəb müəllimdən böyük örnək götürdüm. Millət, xalq yolunda ağardılan saçın necə qiymətli olduğunu anladım. Uğura çatmaq üçün zəhmətə qatlaşmağın mütləq olduğunun şahidi oldum. İman sahibi olmaq üçün böyük qəlb sahibi olmağın vacibliyini dərk etdim. Böyük qəlb sahibi, doğru əməl sahibi bir övlad tərbiyə etdikləri üçün mən Rəcəb müəllimin valideynləri qarşısında baş əyirəm! Əziz qazaxlılarım, görünən kəndə bələdçi lazım deyil. Görülən işlər göz qarşısındadır. Bir il yarım ərzində Qazaxda 25 ildir görülməyən işlər görülüb. Mən əminəm ki, Rəcəb Babaşov cənablarının diqqət və qayğısı nəticəsində Qazax və qazaxlılar arzuladığı tərəqqini fəth edəcəklər. Görülən işlər tərəqqiyə çatmağımızın bir addımlığında olmağımızdan xəbər verir. Tərəqqin mübarək, QAZAĞIM!
SözARDI: Sabirabad rayonundan bir qələm dostumuz var – Pünhan Şükür. Pünhan müəllim o qədər təmiz, vicdanlı qələm sahibidir ki, belə təmənnasız, mərd qələm sahiblərinə çox az-az rast gəlinir. Azərbaycan Nəşriyyatında Pünhan müəllimin xüsusi hörməti var. Pünhan müəllimi tanıdığım ilk vaxtlardan əqidəli insan olduğu üçün qazaxlı sanmışam. Vicdanlı sabirabadlı da mənim gözümdə həm qazaxlıdır, həm də eloğludur! Rəcəb Babaşovun da Qazağın tarixində ən adil rəhbər kimi yaşaması da danılmaz bir həqiqətdir.

Səbinə YUSİF
Facebook-da paylaş