• Təqvim

  • Unutma

  • Maraq



Ürəklərdə yaşayan ürək həkimi

Ürəklərdə yaşayan ürək həkimi
Şərəfli ömür yolu keçmiş, kardiologiya elmində öz imzası ilə tanınan dünya şöhrətli kardiocərrah, invaziv kardioloq, uzman, tibb elmləri üzrə fəlsəfə doktoru Cavid Həmişəyevin ömür yolundan bəhs edən “Ürəklərdə axtarın” kitabının təqdimat mərasimi keçirilib.

Bakı Dövlət Universitetinin Qazax filialında keçirilən təqdimat mərasimində mərhumun valideynləri, Qazax RİHB Aparatının məsul işçiləri, C.Həmişəyevin qohum və dostları, KİV nümayəndələri iştirak edib.

Tədbir iştirakçıları C.Həmişəyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra mərhumun həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.
Ürəklərdə yaşayan ürək həkimi
BDU Qazax filialının tədris və elmi işlər üzrə direktor müavini, dosent Məmməd Yusifov çıxış edərək keçirilən tədbirin məqsəd və əhəmiyyətindən danışıb.
Ürəklərdə yaşayan ürək həkimi
Qazax rayon İcra Hakimiyyəti Başçısının müavini Gulaya Həsənova çıxış edərək C.Həmişəyevin nəinki Azərbaycanda, eləcə də beynəlxalq aləmdə məşhur bir kardioloq kimi tanınmasından söz açıb. Qeyd edib ki, uzman həkimin keçdiyi şərəfli ömür yolu gənc həkimlərimizə bir örnək olmalıdır.

Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, əməkdar incəsənət xadimi, şair Barat Vüsal öz çıxışında Cavid həkimin tibb elminə verdiyi töhfələrdən, gənc olmasına baxmayaraq bu sahədə əldə etdiyi nailiyyətlərdən danışıb və ona həsr etdiyi şeiri oxuyub.
Ürəklərdə yaşayan ürək həkimi
Sonra “Ürəklərdə axtarın” kitabının redaktoru Rəfael İncəyurd, şair-tərcüməçi Giya Paçxataşvili, Gəncədən gəlmiş qonaq Vaqif Mirzəliyev, Mahir Əmiraslanov, Azərbaycan Respublikasının Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Ramiz Tağıyev, şair Aydın İbrahim, İlham həkim, Kənd Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Qazax rayon komitəsinin sədri Fərhad Qocamanov, mərhumun dayısı Süleyman Həmişəyev, təqaüdçü müəllim İbrahim Həmişəyev çıxış edərək C.Həmişəyevin daim qəlblərdə yaşayacağını qeyd edərək onunla bağlı xatirələrindən söz açıblar.
Ürəklərdə yaşayan ürək həkimi
Ürəklərdə yaşayan ürək həkimi
Ürəklərdə yaşayan ürək həkimi
Ürəklərdə yaşayan ürək həkimi
Ürəklərdə yaşayan ürək həkimi
Ürəklərdə yaşayan ürək həkimi
Ürəklərdə yaşayan ürək həkimi
Ürəklərdə yaşayan ürək həkimi
Ürəklərdə yaşayan ürək həkimi
Ürəklərdə yaşayan ürək həkimi
Ürəklərdə yaşayan ürək həkimi
Şairlərdən Ələddin İncəli, Mustafa Rasimoğlu Cavid həkimə həsr etdikləri şeirlərini oxuyublar.
Ürəklərdə yaşayan ürək həkimi
Sonra söz kitabın müəllifi Səbinə Yusifə verilib. Müəllif kitabın necə araya-ərsəyə gəlməsindən söz açaraq Cavid həkimin örnək olacaq bir ömür sürməsindən, onun tibbi elminə gətirdiyi yeniliklərdən, yarımçıq qalan ömründən danışıb. Cavid kimi mərd, istedadlı, Vətənini sevən bir oğul böyütdüklərinə görə onun valideynlərinə minnətdarlığını bildirib.
Ürəklərdə yaşayan ürək həkimi
Ürəklərdə yaşayan ürək həkimi
Sonra mərhumun atası Zaməddin Ziyadoğlu çıxış edərək tədbirin belə yüksək səviyyədə keçirilməsi üçün yaradılan şəraitə görə rayon rəhbərliyinə, filialın müəllim və tələbə kollektivinə, kitabın müəllifinə və tədbirin aparıcısına ailəsi adından öz dərin minnətdarlığını çatdırıb.
Ürəklərdə yaşayan ürək həkimi
Tədbirin sonunda C.Həmişəyevin sözlərinə bəstələnmiş “Dağlar, təzadlı dağlar” mahnısı Oktay Eloğlunun ifasında səsləndirilib. Gənc aşıq Samir Cəlaloğlu mərhumun vaxtilə sevdiyi “Ruhani” saz havasını ifa edib.

Ürəklərdə yaşayan ürək həkimi
Ürəklərdə yaşayan ürək həkimi
Elçin İSMAYIL


Facebook-da paylaş