• Təqvim

  • Maraq



“Saloğlu” fərdi firması “Venzana” mebel fabrikində vakant yerlər üçün işçi tələb olunur


2000-ci ildə qurulan “Saloğlu” fərdi firması 22 illik fəaliyyəti dövründə yerli mebel istehsalı sahəsində öz sözünü deməklə yanaşı, xarici bazarda da "Made in Azerbaijan” brendini layiqincə təmsil etməyə nail olmuşdur. 

2004 və 2016-cı illərdə Prezident İlham Əliyevin fabrikə ziyarətləri zamanı verdiyi tövsiyə və tapşırıqlardan sonra müəssisə hədəflərini daha da böyüdərək, 1000 nəfərlik  yeni iş yerlərinin açılması istiqamətində bir neçə yeni istehsal fabriklərinin tikintisinə başladı və uğurla davam edir. 

3 ildir ki, tikintisi davam edən "Venzana” fabrikinin açılışından sonra 500 nəfər üçün vakant iş yerləri yaranacaqdır. Bu məqsədlə aşağıda adları qeyd olunan vakansiyalar üzrə iş yerləri təklif olunur:

- Resepşn

- Kadrlar üzrə mütəxəssis

- Satınalma üzrə mütəxəssis

- Planlama üzrə mütəxəssis

- Mühasib

- Dizayner

- Konstruktor

- Dərzi

- Anbardar

- Boyaqçı

- Mebel ustası

- Usta köməkçisi

- Qaynaqçı

- Döşəməçi

- Xarrat

- Zımparaçı

İşləmək istəyən vətəndaşlar yuxarıdakı vakansiyalar üzrə “Saloğlu” fərdi firmasında hər həftənin şənbə günü saat 09:00-dan 18:00-dək təşkil olunmuş iş görüşməsində iştirak edə bilərlər. Həmçinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialına müraciət etmələri tövsiyə olunur.  

GOYEZEN.AZ



Facebook-da paylaş