Deputatlar Xalça fabrikində olublar
Qazax rayonunda bütün sahələrlə yanaşı xalçaçılığın inkişaflna da diqqət və qayğı göstərilir. Şəhərin mərkəzində “Azərxalça” ASC tərəfindən tikilib istifadəyə verilmiş Xalça müəssisəsi buna əyani sübutdur.
Bu gün Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Milli Məclisin deputatları – Ülviyyə Ağayeva və Kamran Nəbizadə ilə birlikdə Xalça müəssisəsinə gəlib.
Müəssisənin direktoru Nazim İbrahimov fəaliyyətləri barədə məlumat verərək bildirib ki, müəssisə istifadəyə verildikdən dərhal sonra xalça toxunulmasına başlanılıb. Qeyd edib ki, artıq fabrikdə 100-dən çox xalçaçı çalışır.
Rayon rəhbərliyi və qonaqlar fabriki gəzərək xalçaçıların işi və onlar üçün yaradılmış şəraitlə tanış olublar.
Müəssisədə çalışan xalçaçı qızlar, qadınlar yeni müəssisədə onların işləmələri üçün hər cür şərait yaradıldığını qeyd ediblər. Qazaxda belə bir istehsalat müəssisəsinin yaradılmasına görə Prezident İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildiriblər. Qeyd ediblər ki, belə bir yüksək səviyyəli və şəraiti olan müəssisədə işləmək olduqca gözəldir.
Xalçaçıların iş şəraiti ilə tanış olan deputatlar onlara səmərəli fəaliyyət arzulayıblar.

GOYEZEN.AZ
Facebook-da paylaş