• Təqvim

  • Unutma

  • Maraq



Gündən-günə abadlaşan Qazax


Son illər cənab Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində nəinki paytaxt Bakı, eləcə də respublikamızın bölgələri gündən-günə gözəlləşir. Bunu sürətlə inkişaf edərək müasir və abad rayonlardan birinə çevrilən Qazax rayonunun timsalında aydın şəkildə görmək olur. Son dövrlər rayonda regionların sosial-iqtisadi inkişafına dair qəbul olunmuş çoxsaylı Dövlət Proqramlarının uğurlu icrası nəticəsində geniş miqyas alan abadlıq və quruculuq işləri bunun əyani sübutudur. Bu gün sözün əsl mənasında əminliklə söyləyə bilərik ki, Qazax rayonu özünün intibah dövrünü yaşayır. Qısa zaman kəsiyində görülən işlər sayəsində Qazax tərəqqi yolunda uğurla addımlayır. Bu gün rayonda elə bir sahə olmaz ki, ötən illər ərzində həmin sahələrdə yeniliyin şahidi olmayasan. Rayonda yeni asfalt yolların çəkilməsi, əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində çoxmənzilli yaşayış binalarında aparılan təmir işləri, çoxsaylı məktəb binalarının, körpələr evi-uşaq bağçalarının tikilməsi, əsaslı şəkildə yenidən qurulması bir daha onu göstərir ki, illər bir-birini əvəz edir və Qazax respublikamızın abad rayonları sırasına daxil olur.

Əvvəlki illərdə olduğu kimi, bu il  Qazaxda genişmiqyaslı abadlıq və qurucluq işləri həyata keçirilir. Bu işlər sayəsində Qazax bu gün böyük bir tikinti meydançasına bənzəyir. Xüsusilə də ölkə rəhbərinin tapşırığına əsasən "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Qazax şəhərində içməli su və kanalizasiya sisteminin yenidən qurulması layihəsinin icrasından sonra qurucluq işləri daha geniş miqyas alıb desək yanılmarıq. Çünki şəhərdə su və kanalizasiya xətlərinin çəkilişi yekunlaşan ərazilər abadlaşdırılıb, işlərin başa çatdırıldığı prospekt və küçələr asfaltlanıb, səkilərə yeni tamet, bardür düzülüb, qaz, elektrik, rabitə xətləri səliqəyə salınıb, rənglənmə işləri aparılıb, yaşıllıqlar salınıb. Bu gün məhz bu abadlıq işləri sayəsində Qazaxın gecəsi də, gündüzü də göz oxşayır. 

Qazaxda aparılan genişmiqyaslı quruculuq işləri sakinlər tərəfindən də könül xoşluğu, razılıqla qarşılanır. Sakinlər bütün bu işlərə görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıq edirlər.

Qazaxın ünvanını bildirən Obelisk

Təyyarə Abidə Kompleksindən görüntülər

Qazaxın ünvanını bildirən At heykəli


Fəxri Qazaxlılar parkından görüntülər



ADA Universitetinin "Bir müəllimin manifesti” layihəsi çərçivəsində əsaslı şəkildə yenidən qurulan Qazax Müəllimlər Seminariyasından görüntülər

“İsrafil Ağanın hamamı”

Bayraq Meydanından görüntülər


Göyəzən dağından görüntülər




Facebook-da paylaş