Əsaslı şəkildə yenidən qurulan Kosalar kənd 1 saylı körpələr evi-uşaq bağçasından - FOTOLAR
Respublika Prezidenti cənab
İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın ölkəmizdə
uşaq və yeniyetmələrə, gənclərə göstərdikləri dövlət
qayğısı respublikamızın hər yerində olduğu kimi, Qazaxda da yüksək səviyyədə
hiss olunmaqdadır. Son illər dövlət başçısının qayğısı sayəsində
rayonda körpələrin daha yaxşı şəraitdə tərbiyə və təhsil almaları üçün atılan
addımlar, yaradılan şərait bunu söyləməyə əsas verir. Son dövrlər rayonda yeni məktəb
binaları tikilir, körpələr evi-uşaq bağçaları inşa olunur, əsaslı şəkildə
yenidən qurulur. Ölkə başçısının gələcəyimiz
olan uşaqlara göstərdiyi dövlət qayğısını əldə rəhbər tutan Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşovun fəaliyyətə başladığı ilk gündən bu
sahəni daim diqqət mərkəzində saxlaması, rayonda mövcud olan bağçaların müasir
standartlara cavab verən səviyyəyə çatdırılması istiqamətində gördüyü işlər bunun
bariz nümunəsidir. Rayon rəhbərinin uşaqlara olan sonsuz sevgisinin, qayğısının
nəticəsidir ki, bu gün Qazaxda fəaliyyət göstərən 25 məktəbəqədər təhsil müəssisəsindən
(6-sı şəhər, 19-u kənd üzrə) 20-si müasir tələblərə cavab verən səviyyədədir. Bu il əsaslı şəkildə təmir
və yenidənqurma işləri aparılan növbəti bağçalardan biri də 35 yerlik Kosalar kənd
1 saylı körpələr evi-uşaq bağçasıdır. Rayon rəhbərliyi tərəfindən yenidən
qurulan bağçada demək olar ki, əsas işlər görülüb. Binanın dam örtüyü vurulub,
bütün otaqlara plastik qapı və pəncərələr qoyulub, suvaqaltı elektrik xətti,
müasir istilik sistemi çəkilib. Xarici və daxili fasadda suvaq işi başa çatıb. Daxili
fasada astar-üzlük vurulması işi də yekunlaşıb. Tavana alçipan vurulub,
döşəməyə beton tökülüb. Sanitar qovşaqların qapıları qoyulub, lazımi işlər
görülüb, kafel vurulmasına başlanılacaq. Hazırda mətbəxdə suvaq işləri
aparılır. Uzun
illərdir ki, təmir olunmayan bağçanın yenidən qurulmasını bu gün də böyük
sevinc hissi ilə qarşılayan bağçanın kollektivi və valideynlər buna görə ölkə
başçısı İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlıq edirlər.
Facebook-da paylaş