İcra başçısı rayonda aparılan abadlıq işlərinin mövcud vəziyyəti ilə maraqlanıb
Ölkə Prezidenti
cənab İlham Əliyevin qayğısı sayəsində "Azərsu” Açıq Səhmdar
Cəmiyyəti tərəfindən içməli su və kanalizasiya sistemi yenidən qurulan
Qazaxda bu istiqamətdə görülən işlər sürətlə davam etdirilir. Təqdirəlayiq hal
isə odur ki, şəhərdə su və kanalizasiya xətlərinin çəkilişi yekunlaşan
ərazilərdə abadlıq işləri də aparılır. İşlərin başa çatdırıldığı prospekt və küçələrə
yeni asfalt vurulur, səkilərə tamet, bardür düzülür, qaz, elektrik, rabitə
xətləri səliqəyə salınır, rənglənmə işləri görülür. Bu günə kimi şəhərdə su və kanalizasiya xətlərinin
çəkilişi yekunlaşan Molla Pənah Vaqif, Səməd
Vurğun, Azadlıq, Zeynalabdin Tağıyev, Murtuz
Carçıyev, Əminə Dilbazi, Molla Vəli Vidadi, Hüseyn Arif, Məmməd
Əmin Rəsulzadə, Əhməd Seyidov, Mehdi Hüseyn, Bakı, Firuddin
Şamoyev küçələrinə yeni asfalt örtüyü vurulub. Şəhərin Nəriman
Nərimanov yaşayış massivində yerləşən 1,2,3,49
saylı, Heydər Əliyev prospektində yerləşən
61A,63,65 saylı, Azadlıq küçəsində yerləşən
92,208,208A saylı, Şəhidlər Xiyabanı küçəsində
yerləşən 12,14,25,27 saylı çoxmənzilli yaşayış binalarının həyətində isə abadlıq
işləri aparılaraq "Abad məhəllə” kimi
sakinlərin istifadəsinə verilib. Hazırda şəhərin Heydər Əliyev prospektində, Firuddin Şamoyev, Azadlıq, Bakı küçələrində su və
kanalizasiya sisteminin çəkilişləri yekunlaşan hissələrdə ikinci qat asfalt
örtüyü döşənir. Eyni zamanda şəhərdə
böyük küçələrdən olan Əliağa Şıxlinski küçəsində
su-kanalizasiya sisteminin çəkilişi yekunlaşmaq üzrədir. İşlər başa çatan kimi
burada da abadlıq işləri aparılaraq yeni asfalt örtüyü vurulacaq. Bu gün Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov aidiyyəti
şəxslərlə birlikdə yeni asfalt vurulmuş və abadlıq işləri aparılan
ərazilərdə olub, görülən işlərin mövcud vəziyyəti ilə maraqlanıb. İşlərlə
yerində tanış olan rayon rəhbəri aidiyyəti üzrə tapşırıqlarını verib. Son illər ölkə başçısının rəhbərliyi altında
respublikamızın hər yerində olduğu kimi, Qazaxda da
genişmiqyaslı quruculuq işlərinin aparılmasını razılıq hissi ilə qarşılayan
sakinlər buna görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıq edirlər. Heydər Əliyev prospekti
Firuddin Şamoyev küçəsi
Bakı küçəsi
Azadlıq küçəsi
Heydər Əliyev prospekti GOYEZEN.AZ
Facebook-da paylaş