Qazaxda Heydər Əliyev prospektində su və kanalizasiya sisteminin çəkilişi yekunlaşan hissələrə yeni asfalt vurulması davam edir
Respublika Prezidenti cənab İlham Əliyevin qayğısı sayəsində "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Qazaxda şəhərin içməli su və kanalizasiya sisteminin yenidən qurulması işləri sürətlə davam etdirilir. Hər kəsə o da yaxşı məlumdur ki, şəhərdə su və kanalizasiya xətlərinin çəkilişi ilə yanaşı, işlərin başa çatdırıldığı prospekt və küçələrdə abadlıq işləri aparılır. Küçələrə yeni asfalt vurulur, səkilərə tamet, bardür düzülür, qaz, elektrik, rabitə xətləri səliqəyə salınır.
Bu günə kimi şəhərdə su və kanalizasiya xətlərinin çəkilişi yekunlaşan Molla Pənah Vaqif, Səməd Vurğun, Azadlıq, Zeynalabdin Tağıyev, Murtuz Carçıyev, Əminə Dilbazi, Molla Vəli Vidadi, Hüseyn Arif, Məmməd Əmin Rəsulzadə, Əhməd Seyidov, Mehdi Hüseyn, Bakı, Firuddin Şamoyev küçələrinə yeni asfalt örtüyünün vurulması bu dediklərimizin bariz nümunəsidir. Bundan əlavə, şəhərin Nəriman Nərimanov yaşayış massivində yerləşən 1,2,3,49 saylı, Heydər Əliyev prospektində yerləşən 61A,63,65 saylı, Azadlıq küçəsində yerləşən 92,208,208A saylı, Şəhidlər Xiyabanı küçəsində yerləşən 12,14,25,27 saylı çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işləri aparılaraq "Abad məhəllə” kimi sakinlərin istifadəsinə verilməsi Qazaxın abad rayonlar sırasında olması deməkdir.
Hazırda şəhərin Heydər Əliyev prospektində və Firuddin Şamoyev küçəsində su və kanalizasiya sisteminin çəkilişləri yekunlaşan hissələrdə ikinci qat asfalt örtüyü döşənir. Eyni zamanda şəhərdə böyük küçələrdən olan Əliağa Şıxlinski küçəsində su-kanalizasiya sisteminin çəkilişi yekunlaşmaq üzrədir. İşlər başa çatan kimi burada da abadlıq işləri aparılaraq yeni asfalt örtüyü vurulacaq.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov aidiyyəti şəxslərlə birlikdə yeni asfalt vurulmuş Heydər Əliyev prospektində, Firuddin Şamoyev, Molla Pənah Vaqif və Azadlıq küçələrində olub, görülmüş işlərin mövcud vəziyyəti ilə maraqlanıb. İşlərlə yerində tanış olan rayon rəhbəri aidiyyəti üzrə tapşırıqlarını verib.
Son illər ölkə başçısının rəhbərliyi altında respublikamızın hər yerində olduğu kimi, Qazaxda da genişmiqyaslı quruculuq işlərinin aparılmasını razılıq hissi ilə qarşılayan sakinlər buna görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıq edirlər.
Heydər Əliyev prospekti
Facebook-da paylaş