Əsas Səhifə > Manşet / Sosial > İcra başçısı rayonda aparılan abadlıq işlərinin mövcud vəziyyəti ilə maraqlanıb

İcra başçısı rayonda aparılan abadlıq işlərinin mövcud vəziyyəti ilə maraqlanıb


20-10-2020, 20:23


Ölkə Prezidenti cənab İlham Əliyevin qayğısı sayəsində "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən içməli su və kanalizasiya sistemi yenidən qurulan Qazaxda bu istiqamətdə görülən işlər sürətlə davam etdirilir. Təqdirəlayiq hal isə odur ki, şəhərdə su və kanalizasiya xətlərinin çəkilişi yekunlaşan ərazilərdə abadlıq işləri də aparılır. İşlərin başa çatdırıldığı prospekt və küçələrə yeni asfalt vurulur, səkilərə tamet, bardür düzülür, qaz, elektrik, rabitə xətləri səliqəyə salınır, rənglənmə işləri görülür.

Bu günə kimi şəhərdə su və kanalizasiya xətlərinin çəkilişi yekunlaşan Molla Pənah VaqifSəməd Vurğun, Azadlıq, Zeynalabdin TağıyevMurtuz CarçıyevƏminə Dilbazi, Molla Vəli Vidadi, Hüseyn Arif, Məmməd Əmin RəsulzadəƏhməd Seyidov, Mehdi Hüseyn, BakıFiruddin Şamoyev küçələrinə yeni asfalt örtüyü vurulub. Şəhərin Nəriman Nərimanov yaşayış massivində yerləşən 1,2,3,49 saylı, Heydər Əliyev prospektində yerləşən 61A,63,65 saylı, Azadlıq küçəsində yerləşən 92,208,208A saylı, Şəhidlər Xiyabanı küçəsində yerləşən 12,14,25,27 saylı çoxmənzilli yaşayış binalarının həyətində isə abadlıq işləri aparılaraq "Abad məhəllə” kimi sakinlərin istifadəsinə verilib.  

Hazırda şəhərin Heydər Əliyev prospektindəFiruddin Şamoyev, Azadlıq, Bakı küçələrində su və kanalizasiya sisteminin çəkilişləri yekunlaşan hissələrdə ikinci qat asfalt örtüyü döşənir. Eyni zamanda şəhərdə böyük küçələrdən olan Əliağa Şıxlinski küçəsində su-kanalizasiya sisteminin çəkilişi yekunlaşmaq üzrədir. İşlər başa çatan kimi burada da abadlıq işləri aparılaraq yeni asfalt örtüyü vurulacaq.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov aidiyyəti şəxslərlə birlikdə yeni asfalt vurulmuş və abadlıq işləri aparılan ərazilərdə olub, görülən işlərin mövcud vəziyyəti ilə maraqlanıb. İşlərlə yerində tanış olan rayon rəhbəri aidiyyəti üzrə tapşırıqlarını verib.

Son illər ölkə başçısının rəhbərliyi altında respublikamızın hər yerində olduğu kimi, Qazaxda da genişmiqyaslı quruculuq işlərinin aparılmasını razılıq hissi ilə qarşılayan sakinlər buna görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıq edirlər.

Heydər Əliyev prospekti










 Firuddin Şamoyev küçəsi





 Bakı küçəsi







 

Azadlıq küçəsi



 Heydər Əliyev prospekti


GOYEZEN.AZ


Geri qayıt