İcra başçısı təmir işləri aparılan binada olub
Son illər cənab Prezident İlham Əliyevin rəhbərliyi
altında regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının
uğurlu icrası nəticəsində ölkəmizdə genişmiqyaslı abadlıq və quruculuq işləri həyata
keçirilir. Xüsusilə də respublikamızda əhalinin mənzil-məişət şəraitinin
yaxşılaşdırılması istiqamətində görülən işlər Qazaxda da uğurla icra olunur.
Çoxmənzilli yaşayış binalarının dam örtüyü yenilənir, blok və fasadı əsaslı təmir
edilir. Bu işlər sayəsində bu gün rayonda mövcud olan 164 çoxmənzilli yaşayış
binasından 120-ə yaxın bina günün tələblərinə cavab verən səviyyəyə çatdırılıb. Hazırda təmir işləri
aparılan binalardan biri Azadlıq küçəsində yerləşən üçmərtəbəli,
3 bloklu, 27 mənzilli 76 saylı binadır. Su və kanalizasiya sisteminin
çəkilişi başa çatan binanın həyətində də abadlıq işləri aparılıb. Belə ki, binanın
həyətinə qum-çınqıl döşənərək hamarlanıb, səliqə-sahman
yaradılıb. Bundan əlavə, blokların girişinə beton tökülüb. Bloklarda isə təmir işləri davam etdirilir. Bu gün Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşov həmin binada olub, görülən işlərin mövcud
vəziyyəti ilə maraqlanıb. Hər bir işin keyfiyyətinə üstünlük verilməsini qeyd
edən icra başçısı bununla əlaqədar aidiyyəti üzrə tapşırıqlarını verib. GOYEZEN.AZ
Facebook-da paylaş