İcra başçısı çoxmənzilli yaşayış binalarında aparılan son tamamlanma işləri ilə tanış olub
Ş.Xiyabanı 25 saylı bina Son illər cənab Prezident İlham Əliyevin rəhbərliyi
altında regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının
uğurlu icrası nəticəsində ölkəmizdə genişmiqyaslı abadlıq və quruculuq işləri
aparılır. Respublikamızda həyata keçirilən bu işlər, xüsusilə də əhalinin
mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər Qazaxda da
uğurla icra olunur. Çoxmənzilli yaşayış binalarının dam örtüyü yenilənir, blok
və fasadı əsaslı təmir edilir. Bu işlər sayəsində bu gün rayonda mövcud olan
164 çoxmənzilli yaşayış binasından 120-ə yaxın bina günün tələblərinə cavab
verən səviyyəyə çatdırılıb. Binaların təmiri bu il də uğurla davam etdirilir.
Hazırda şəhərin Şəhidlər Xiyabanı küçəsində yerləşən
binalarda aparılan son tamamlanma işləri də bunu əyani şəkildə sübut edir. Bu gün Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşov təmir işləri yekunlaşmaqda
olan həmin binalarda olub, görülən işlərlə maraqlanıb. Rayon rəhbərinə məlumat verilib ki, Bağanıs Ayrım kəndindən məcburi köçkün olan sakinlərin
yaşadığı Ş.Xiyabanı 27, şəhər sakinlərinin
yaşadığı Ş.Xiyabanı 25 saylı
binalarda son tamamlanma işləri görülür. Artıq binaların bloklarında giriş
hissədə olan çardaqlar da yenidən qurulub. Qeyd edək ki, hər iki binanın bloklarında astar-üzlük
vurulub, blokların giriş hissəsinə dəmir qapılar qoyularaq rənglənib, təmirə
ehtiyacı olan köhnə pəncərələr yeni plastik pəncərələrlə əvəzlənib. Bundan
əlavə, binalarla yanaşı həyətdə olan qarajların da dam örtüyü dəyişdirilib,
rənglənmə işləri aparılıb. Ş.Xiyabanı 25 saylı bina
Ş.Xiyabanı 27 saylı bina GOYEZEN.AZ
Facebook-da paylaş