İcra başçısı dam örtüyü dəyişdirilən və təmir işləri yekunlaşan çoxmənzilli yaşayış binalarında olub
Bakı küçəsi 2 saylı bina Son illər ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi
altında regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının
uğurlu icrası sayəsində Qazaxda bütün sahələrlə yanaşı əhalinin mənzil-məişət
şəraitinin yaxşılaşdırılması istiqamətində də məqsədyönlü işlər görülür. 2016-cı
ildən geniş vüsət alan bu işlər nəticəsində çoxmənzilli yaşayış binalarının dam
örtüyü yenilənib, blok və fasadı əsaslı təmir olunub. Bu gün rayonda mövcud
olan 164 çoxmənzilli yaşayış binasından 120-ə yaxın binanın günün tələblərinə
cavab verən səviyyəyə çatdırılması bu sahədə görülən işlərdir. Binaların təmiri bu il də uğurla davam etdirilir.
Hazırda şəhərin Bakı və Şəhidlər
Xiyabanı küçələrində yerləşən binalarda aparılan təmir işləri də bunu
əyani şəkildə sübut edir. Bu gün Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşov dam örtüyü
dəyişdirilən və təmir işləri aparılan həmin binalarda olub, görülən işlərlə
maraqlanıb. Rayon rəhbərinə məlumat verilib ki, Bakı
küçəsi 2A ünvanında yerləşən və məcburi köçkün ailələrinin
yaşadığı binalarda dam örtüyünün dəyişdirilməsi artıq başa çatıb. Həmin ərazidə
yerləşən 2 saylı binada isə dam örtüyünün dəyişdirilməsi işləri davam edir. Sonra icra başçısı şəhərin mərkəzində yerləşən Bağanıs Ayrım
kəndindən məcburi köçkün olan sakinlərin yaşadığı Ş.Xiyabanı 27, şəhər
sakinlərinin yaşadığı Ş.Xiyabanı 25 saylı
binalarda aparılan təmir işləri ilə də tanış olub. Rayon
rəhbərinə bildirilib ki, hər iki binada son tamamlanma işləri görülür. Belə ki,
artıq binaların bloklarında giriş
hissədə olan çardaqlar yenidən qurulur. Qeyd edək ki, hər iki binanın bloklarında astar-üzlük
vurulub, blokların giriş hissəsinə dəmir qapılar qoyularaq rənglənib, təmirə
ehtiyacı olan köhnə pəncərələr yeni plastik pəncərələrlə əvəzlənib. Bundan
əlavə, binalarla yanaşı həyətdə olan qarajların da dam örtüyü dəyişdirilib,
rənglənmə işləri aparılıb. Bakı küçəsi 2 saylı bina
Bakı küçəsi 2A saylı binalar
Ş.Xiyabanı küçəsi 25 saylı bina
Ş.Xiyabanı küçəsi 27 saylı bina
GOYEZEN.AZ
Facebook-da paylaş