İcra başçısı “AzRosPromİnvest” MMC-də olub
Hər kəsə yaxşı məlumdur ki, son illər cənab
Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan iqtisadiyyatının bütün
sahələrində olduğu kimi, sənayenin inkişafı istiqamətində məqsədyönlü işlər görülür.
Rəqabət qabiliyyətli müasir sənaye sahələri yaradılır, infrastruktur
təminatının yaxşılaşdırılması istiqamətində çoxsaylı layihələr icra edilir,
xeyli iş yerləri açılır, ölkə sənayesi yeni inkişaf mərhələsinə qədəm qoyur. Ölkə Prezidenti İlham Əliyevin iştirakı
ilə 2007-ci ilin 30 mayında Daş Salahlı kəndində istifadəyə verilən "AzRosPromİnvest”
MMC də yeni iş yerlərinin yaradılması, əhalinin məşğulluğunun təmin olunması
baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycan-Rusiya birgə müəssisəsi "AzRosPromİnvest”
2006-cı ildə təsis edilib. Bu gün "AzRosPromİnvest” MMC Azərbaycanda yeganə
müəssisədir ki, yüksək keyfiyyətli bentonit gili hasilatı və emalı ilə
məşğuldur və onun əsasında müxtəlif məhsullar istehsal edir. Müəssisənin xammal
bazası Qazax rayonunun Daş Salahlı kəndi yaxınlığında yerləşən unikal Daş
Salahlı bentonit gil yatağıdır. Müəssisənin ərazisində 3 korpusdan ibarət zavod
mövcuddur: ilkin emal xətti, dənəvər bentonit istehsalı xətti və bentonit tozu
istehsalı xətti. Bu gün Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov "AzRosPromİnvest”
MMC-də olub, müəssisənin fəaliyyəti və işçilər üçün yaradılmış şəraitlə
maraqlanıb. Rayon rəhbəri əvvəlcə müəssisənin gil yatağında olub, yataqdakı
mövcud vəziyyəti öyrənib. Baş
direktor Ələddin Sadıqov müəssisənin mövcud vəziyyəti haqqında məlumat verərək
bildirib ki, hazırda 3 növ bentonit gili istehsal edilir. İllik istehsal gücü
480 min ton olan aktivləşdirilmiş bentonit gili, illik istehsal gücü 48 min
ton olan dənəvər bentonit və illik istehsal gücü 48 min ton olan bentonit
tozu. Müəssisənin
illik satış gücü aktivləşdirilmiş bentonit gili – 140 min ton, dənəvər bentonit
30 min ton, bentonit tozu - 25 min ton təşkil edir. Ə.Sadıqov qeyd
edib ki, müəssisənin xarici satış bazarı əsasən Rusiya federasiyası, Polşa,
Cənubi Koreya, İtaliya, Yaponiya dövlətləridir. Hazırda müəssisədə 205 nəfər
işçi çalışır. Müəssisə
ilə yaxından tanış olan icra başçısı işçilərlə səmimi söhbət edib, onların qayğıları
ilə maraqlanıb. Hər kəs kimi onların da xüsusi karantin rejimi qaydalarına əməl
etmələrini bildirib, gələcək işlərində uğurlar arzulayıb. GOYEZEN.AZ
Facebook-da paylaş