İcra başçısı çoxmənzilli yaşayış binalarında görülən işlərlə maraqlanıb
Rayon rəhbərliyinə
bildirilib ki, Ş.Xiyabanı 25 saylı binada bütün bloklarda birinci qat rənglənmə
işləri başa çatıb. Blokların giriş hissəsinə qoyulan dəmir qapılar rənglənib,
təmirə ehtiyacı olan köhnə pəncərələr yeni plastik pəncərələrlə əvəzlənib. Ş.Xiyabanı 27 saylı binada
görülən işlər barədə məlumat verilərək bildirilib ki, binanın xarici fasadında bir
hissədə rənglənmə işləri aparılıb və tam hazırdır. Digər hissədə isə lazım olan
yerlərdə görülən suvaq işləri, eləcə də bloklarda ikinci qat astar-üzlük vurulması
işləri yekunlaşmaq üzrədir. Bu binada da bloklara qoyulan yeni dəmir qapılar
rənglənib. Köhnə pəncərələrin əksəriyyəti dəyişdirilərək yeni plastik
pəncərələr qoyulub. Bundan əlavə, binalarla yanaşı həyətdə olan qarajların da
əksəriyyətinin dam örtüyü dəyişdirilib, rənglənmə işləri aparılıb.
İcra başçısı istər binalarda,
istərsə də həyətdə aparılan təmir işlərinin bina sakinlərinin istəyinə uyğun
şəkildə yerinə yetirilməsini qeyd edib və işlərin keyfiyyətlə aparılmasını
vurğulayıb. Ümumiyyətlə son 3 ildə
Qazaxda vətəndaşlara olan diqqət və qayğının nəticəsidir ki, rayonda əhalinin
mənzil-məişət şəraiti yaxşılaşdırılır. Bu istiqamətdə həyata keçirilən işlərin
bariz nümunəsi isə rayonda Mənzil İstismar İdarəsinin balansında olan 163
çoxmənzilli yaşayış binasından 120-ə yaxın binanın dam
örtüyündə, bloklarında və xarici fasadında təmir işlərinin aparılmasıdır.
GOYEZEN.AZ
Facebook-da paylaş