• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda daha iki çoxmənzilli yaşayış binasının təmiri sürətlə davam etdirilir

Ş.Xiyabanı 27 saylı bina  

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhərin mərkəzində təmir işləri aparılan, Bağanıs Ayrım kəndindən məcburi köçkün olan sakinlərin yaşadığı Ş.Xiyabanı 27, şəhər sakinlərinin yaşadığı Ş.Xiyabanı 25 saylı binalarda görülən işlərlə maraqlanıb.

Rayon rəhbərliyinə bildirilib ki, Ş.Xiyabanı 25 saylı binanın xarici fasadında görülən suvaq və bloklarda aparılan astar-üzlük vurulması işi tam başa çatıb. Ş.Xiyabanı 27 saylı binanın bloklarında suvaq və birinci qat üzlük vurulması işi yekunlaşıb, ikinci qat üzlüyün vurulmasına başlanılacaq. Binanın xarici fasadında da bir hissədə rənglənmə işləri aparılıb. Digər hissədə isə suvaq işləri davam edir. Eyni zamanda hər iki binada bloklara giriş qapıları qoyulub.  

Təmir işləri ilə yaxından tanış olan icra başçısı binalarla yanaşı sakinlərin istəyinə əsasən həyətdə də abadlıq işlərinin aparılmasını bildirib. Görülən bütün işlərin bina sakinlərinin istəyinə uyğun şəkildə yerinə yetirilməsini qeyd edib və işlərin keyfiyyətlə aparılmasını vurğulayıb. Eyni zamanda əlavə görüləcək işlərlə bağlı aidiyyəti üzrə tapşırıq verib.

Bina sakinləri respublikamızda, eləcə də Qazax rayonunda görülən genişmiqyaslı işlərə, xüsusilə də çoxmənzilli yaşayış binalarının yüksək səviyyədə təmir olunmasına görə ölkə Prezidenti İlham Əliyevə və rayon rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildiriblər.

Məlumat üçün qeyd edək ki, son 3 ildə Qazaxda vətəndaşlara olan diqqət və qayğı sayəsində əhalinin mənzil-məişət şəraiti xeyli dərəcədə yaxşılaşdırılıb. Bu istiqamətdə həyata keçirilən işlərin nəticəsidir ki, rayonda mövcud olan 163 çoxmənzilli yaşayış binasından 120-ə yaxın binanın dam örtüyündə, bloklarında və xarici fasadında təmir işləri aparılıb.




GOYEZEN.AZ



Facebook-da paylaş