Əsas Səhifə > Manşet / Sosial > İcra başçısı çoxmənzilli yaşayış binalarında görülən işlərlə maraqlanıb

İcra başçısı çoxmənzilli yaşayış binalarında görülən işlərlə maraqlanıb


27-11-2019, 12:32


Ş.Xiyabanı 27 saylı bina  
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhərin mərkəzində təmir işləri yekunlaşmaq üzrə olan Bağanıs Ayrım kəndindən məcburi köçkün olan sakinlərin yaşadığı Ş.Xiyabanı 27, şəhər sakinlərinin yaşadığı Ş.Xiyabanı 25 saylı binalarda olub, görülən işlərin hazırki vəziyyəti ilə maraqlanıb.

Rayon rəhbərliyinə bildirilib ki, Ş.Xiyabanı 25 saylı binada bütün bloklarda birinci qat rənglənmə işləri başa çatıb. Blokların giriş hissəsinə qoyulan dəmir qapılar rənglənib, təmirə ehtiyacı olan köhnə pəncərələr yeni plastik pəncərələrlə əvəzlənib.

Ş.Xiyabanı 27 saylı binada görülən işlər barədə məlumat verilərək bildirilib ki, binanın xarici fasadında bir hissədə rənglənmə işləri aparılıb və tam hazırdır. Digər hissədə isə lazım olan yerlərdə görülən suvaq işləri, eləcə də bloklarda ikinci qat astar-üzlük vurulması işləri yekunlaşmaq üzrədir. Bu binada da bloklara qoyulan yeni dəmir qapılar rənglənib. Köhnə pəncərələrin əksəriyyəti dəyişdirilərək yeni plastik pəncərələr qoyulub. Bundan əlavə, binalarla yanaşı həyətdə olan qarajların da əksəriyyətinin dam örtüyü dəyişdirilib, rənglənmə işləri aparılıb.   

 

İcra başçısı istər binalarda, istərsə də həyətdə aparılan təmir işlərinin bina sakinlərinin istəyinə uyğun şəkildə yerinə yetirilməsini qeyd edib və işlərin keyfiyyətlə aparılmasını vurğulayıb.

Ümumiyyətlə son 3 ildə Qazaxda vətəndaşlara olan diqqət və qayğının nəticəsidir ki, rayonda əhalinin mənzil-məişət şəraiti yaxşılaşdırılır. Bu istiqamətdə həyata keçirilən işlərin bariz nümunəsi isə rayonda Mənzil İstismar İdarəsinin balansında olan 163 çoxmənzilli yaşayış binasından 120-ə yaxın binanın dam örtüyündə, bloklarında və xarici fasadında təmir işlərinin aparılmasıdır.













 

GOYEZEN.AZ


Geri qayıt