Qazaxda Daş Salahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolunun çəkilişi sürətlə davam etdirilir
Son illər
ölkəmizdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq
həyata keçirilən məqsədyönlü işlərdən biri də yol infrastrukturunun yenidən
qurulması ilə bağlı atılan uğurlu addımlardır. Təqdirəlayiq hallardan biri
də odur ki, yol infrastrukturu ilə bağlı həyata keçirilən tədbirlər təkcə
paytaxtda deyil, respublikamızın bütün bölgələrində də uğurla icra olunur. Son iki
yarımdır ki, dövlət başçısının respublika və yerli əhəmiyyətli yolların yenidən
qurulması, ən ucqar dağ kəndlərinə belə yeni yolların çəkilməsi ilə bağlı
imzaladığı çoxsaylı Sərəncamlara əsasən Qazaxda da diqqətəlayiq işlər görülür. Rayonun Qazaxbəyli-Orta Salahlı-Aşağı Salahlı, Yuxarı
Salahlı-Kəmərli, Kosalar, Quşçu Ayrım, Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli,
Cəfərli kəndlərinə yeni asfalt yolların çəkilməsi bu sahədə görülən işlərin
əyani sübutudur. Rayonda dövlət
başçısının avtomobil yollarının tikintisi ilə bağlı imzaladığı çoxsaylı
Sərancamlara əsasən yeni asfalt yolların çəkilməsi həm də vətəndaşların
rahatlığının təmin olunmasına xidmət edir. Bu il daha bir
yolun - uzunluğu 16 km olan Daş Salahlı-Ürkməzli-Dəmirçilər kənd yolunun
yenidən qurulması da bölgələrimizdə yol infrastrukturunun uğurla davam etdirilməsi
deməkdir. Artıq uzunluğu 4,5 km olan Ürkməzli-Dəmirçilər avtomobil yolu
çəkilərək sakinlərin istifadəsinə verilib. Məlumat verdiyimiz
kimi, artıq xeyli müddətdir ki, Daş Salahlı kəndində uzunluğu 11,5 km olan yeni
asfalt yolun çəkilməsinə başlanılıb. İlk olaraq
"Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun "Damcılı” filialına gedən
yolda işlərə start verilib. Bu gün Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov növbəti dəfə yolda görülən
işlərlə tanış olub. Rayon rəhbərliyinə məlumat verilib ki, ölkə başçısının
tapşırıq və sərəncamları əsasında cari ildə tərtib edilmiş tədbirlər planına
uyğun olaraq uzunluğu 16 km olan yerli əhəmiyyətli
Daş Salahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolu iki hissə üzrə yenidən
qurulur. Bu Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil
yolunun 482-ci km-dən ayrılan və 11,5 km uzunluğa malik Daş Salahlı yolu,
həmçinin yerli əhəmiyyətli Qazax-Yuxarı Əskipara avtomobil yolunun 11
km-dən ayrılan və 4,5 km uzunluğunda olan Ürkməzli-Dəmirçilər yoludur. Yerli
əhəmiyyətli Daş Salahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolu IV texniki
dərəcli olmaqla uzun müddət əsaslı təmir olunmadan istismar olunduğundan yol
geyimi və yolun əsası, həmçinin, torpaq yatağı sel sularının təsirindən
yuyulmuş, hərəkət hissəsində, qabarmalar, çalalar əmələ gəlmiş, asfalt-beton
örtüklü hissələrdə çoxlu sayda torlar və çalalar yaranmışdır. Layihəyə uyğun olaraq sözügedən yolun 4,5 km-lik
Ürkməzli-Dəmirçilər hissəsində təmir-tikinti işləri artıq yekunlaşıb. Qeyd olunub ki, "28
nömrəli Yol İstismarı” MMC tərəfindən Daş
Salahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolunun 11,5 km-lik Daş Salahlı hissəsinin
yenidən qurulması işləri sürətlə davam etdirilir. Mövcud asfalt-beton örtüyü
sökülərək kənara daşınır, yolun deformasiyaya uğramış hissələri qazılaraq
çıxarılıb, təqribən 24 min kub.m həcmdə karxana qruntu ilə əks-dolğu işləri
görülür. Yol boyu 4 ədəd
48 p/m uzunluğunda 500 mm diametrində yeni suötürücü dəmir-beton borular
quraşdırılaraq izolyasiya olunur, 4 nöqtədə müxtəlif diametrlərə malik
suötürücü boruların başlıqlarının isə təmiri işləri görülür, 5800 p/m
uzunluğunda küvet hissələr açılır. Daha sonra
torpaq yatağı avtoqreyderlə profilə salınır, 36 sm hündürlükdə karxana çınqılı
və optimal qum-qırmadaş qarışığından əsasın alt və üst layının 130 min kv.m
sahədə tikintisi işləri görülür. Yol əsası hazır olan hissələrin isə artıq
asfaltlanması işlərinə də başlanılıb. Belə ki, əlaqələndirici bitum səpilməklə
yol örtüyünün alt layı 7 sm, üst layı isə 5 sm qalınlıqda iri və xırda
dənəli olmaqla asfalt beton qarışığı ilə inşa edilir, çiyin hissələr xüsusi
qruntla bərkidilir, 14 ədəd yol birləşməsi isə təmir edilir. Layihənin
sonuncu mərhələsində 5 yerdə avtobus dayanacağı qoyulacaq, hərəkətin normal
təşkili üçün 42 km göstəricisi, 52 yol nişanı, 600 siqnal dirəyi
quraşdırılacaq, 48 km yolcizgi və yol göstərici xətləri çəkiləcək. 16 km uzunluğa
malik Daş Salahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolu Azərbaycan Avtomobil
Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında, mövcud
tikinti norma və qaydalarına uyğun şəkildə yüksək keyfiyyətlə yenidən qurulur.
Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub. Görülən işlərlə
tanış olan rayon rəhbərliyi işlərin keyfiyyətlə aparılmasını bildirərək tapşırıq
və tövsiyələrini verib. GOYEZEN.AZ
Facebook-da paylaş