• Təqvim

  • Maraq



Daş Salahlı kəndində yeni asfalt yolun çəkilməsinə başlanılıb


Son 15 ildə ölkəmizdə aparılan genişmiqyaslı tikinti-quruculuq, abadlıq işlərinin həyata keçirilməsi, çoxsaylı layihələrin icra olunması paytaxtla yanaşı, respublikamızın bütün bölgələrində də uğurla həyata keçirilir. Günü-gündən inkişaf edən, beynəlxalq aləmdə nüfuzu artan Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən məqsədyönlü tədbirlərdən biri də yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində görülən işlərdir.

Bu gün hər kəsə yaxşı məlumdur ki, son iki yarımda dövlət başçısının respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması, ən ucqar dağ kəndlərinə belə yeni yolların çəkilməsi ilə bağlı imzaladığı çoxsaylı Sərəncamlar Qazaxda da olduğu kimi icra olunur.

Dövlət başçısının avtomobil yollarının tikintisi ilə bağlı imzaladığı çoxsaylı Sərancamlara əsasən rayonumuzda yeni asfalt yolların çəkilişi bir daha onu sübut edir ki, bu istiqamətdə görülən işlər bundan sonra da uğurla davam etdiriləcəkdir. Bu gün bu inkişafı rayonun Qazaxbəyli-Orta Salahlı-Aşağı Salahlı, Yuxarı Salahlı-Kəmərli, Kosalar, Quşçu Ayrım, Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli, Cəfərli kəndlərinə yeni asfalt yolların çəkilməsindən aydın şəkildə görmək olar. Təkcə son iki il yarım ərzində Kosalar, Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli, Cəfərli kəndlərinə yeni asfalt yolların çəkilməsi, uzun illərdən bəri yaranmış problemin öz müsbət həllini tapması onu söyləməyə əsas verir ki, rayonumuzda yolla bağlı görülən işlər vətəndaşların rahatlığının təmin olunmasına xidmət edir.   

Bu il daha bir yolun - uzunluğu 16 km olan Daş Salahlı-Ürkməzli-Dəmirçilər kənd yolunun yenidən qurulması bölgələrimizdə yol infrastrukturunun uğurla davam etdirilməsinin əyani sübutudur. Artıq bir neçə gündür ki, Daş Salahlı kəndində yeni asfalt yolun çəkilməsinə başlanılıb.

İlk olaraq "Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun "Damcılı” filialına gedən yolda işlərə start verilib. Belə ki, "28 nömrəli Yol İstismarı” MMC tərəfindən asfalt yolun çəkilməsi üçün alt hissənin hazırlıq işləri görülür.

Bu gün rayon rəhbərliyi yolda aparılan hazırlıq işləri ilə tanış olub. Rayon rəhbərliyinə məlumat verilib ki, işlərin belə sürətlə aparılması onu deməyə əsas verir ki, yaxın günlərdə asfalt örtüyün vurulmasına başlanılacaq.

Görülən işlərlə tanış olan rayon rəhbərliyi tapşırıq və tövsiyələrini verib.

Kənd sakinləri də görülən işləri razılıq və minnətdarlıq hissi ilə qarşılayırlar. Yeni avtomobil yollarının çəkilməsinə, eyni zamanda, təmir olunmasına  görə ölkə başçısına və rayon rəhbərliyinə təşəkkürlərini çatdırırlar.














GOYEZEN.AZ

 

 



Facebook-da paylaş