İcra başçısı 6 saylı körpələr evi-uşaq bağçasında aparılan son tamamlanma işləri ilə tanış olub
Azərbaycanda cəmiyyətimizin ən zərif və kövrək nümayəndələri olan uşaqlarla
bağlı dövlət siyasətinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur.
Sevindirici haldır ki, dahi şəxsiyyətin bizlərə miras qoyduğu həmin siyasət bu
gün onun layiqli davamçıları Prezident İlham Əliyev və Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən də
uğurla davam etdirilir. Bunu uşaqların hüquqlarının müdafiəsi, onlara
göstərilən yüksək səviyyəli qayğıkeşlik, Vətənə layiqli övlad kimi yetişdirilməsi
üçün aparılan məqsədyönlü işlərdən də aydın şəkildə görmək olar. Ölkə başçısının
Sərəncamı ilə 2009-cu ilin "Uşaq ili” elan olunması da məhz ölkəmizdə
uşaqlara olan sonsuz qayğının əyani təzahürü idi. Bu gün
təqdirəlayiq haldır ki, ölkə başçısı İlham
Əliyev tərəfindən regionlarda uşaq bağçalarının tikintisi ilə bağlı imzalanan
12 fevral 2018-ci il tarixli Sərəncamı Qazaxda da uğurla icra olunur. Rayonda
həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq, abadlıq işlərinin siyahısında
bağçaların tikintisinə və yaxud da əsaslı şəkildə yenidən qurulmasına da böyük
sürətlə start verilib. Qazax Rayon
İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun fəaliyyətə başladığı ilk andan daim
diqqət mərkəzində saxladığı sahələrdən biri də gələcəyimizi etibar edəcəyimiz
körpələrimizdir. Rayon rəhbərinin son iki
il yarım ərzində uşaqların yaxşı
şəraitdə təlim-tərbiyə almaları istiqamətində gördüyü məqsədyönlü işlər bunun
bariz nümunəsidir. İcra başçısının
yeni uşaq bağçalarının tikilməsi və yaxud da əsaslı şəkildə yenidən qurulması
istiqamətində həyata keçirdiyi həmin işlərin nəticəsidir ki, bu gün Qazax
rayonunda olan 25 bağçadan 16-sı müasir
standartlara cavab verən səviyyədədir. Rayonda olan həmin təmirli
şəhər bağçalarından 1,2,3,4,5 saylı, kənd bağçalarından Qazaxbəyli kəndi
ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə yerləşən Aşağı
Əskipara, Daş Salahlı kənd 2 və 3 saylı, Kosalar kənd 2 və 3 saylı, Xanlıqlar
kənd körpələr evi-uşaq bağçaları, Cəfərli, Canalı, Quşçu Ayrım və Bala Cəfərli
kənd uşaq bağçaları, İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçası bu
istiqamətdə görülən işlərin əyani sübutudur. Tələbata cavab
verməyən bağça binalarının əsaslı şəkildə təmir olunaraq yenidən
qurulması, müasir inventar və avadanlıqlarla təchiz edilməsi bu gün də
uğurla davam etdirilir. 4 aydan
artıqdır ki, şəhərdə yerləşən və yararsız vəziyyətdə fəaliyyət göstərən 6 saylı
körpələr evi-uşaq bağçası da əsaslı şəkildə yenidən qurulur. Bununla bağlı
bağça binası boşaldılıb və uşaqlar başqa ünvanda yerləşdirilib. Bu gün icra başçısı Rəcəb Babaşov növbəti dəfə əsaslı şəkildə yenidən
qurulan həmin bağçada görülən son tamamlanma işləri ilə tanış olub. İş icraçısı Lətif Həsənov rayon rəhbərliyinə görülən
işlər barədə məlumat verərək bildirib ki, binanın daxili ilə yanaşı, həyətində də
tikinti və abadlıq işləri aparılır. Həyətə tamet döşənib, bağça binasının ön
hissəsində və kənarlarında hasar çəkilməsi və suvaq işi başa çatıb. Hazırda
binanın arxa hissəsində hasar çəkilməsinə başlanılıb. Binanın xarici
fasadında da rənglənmə işləri aparılır. Eyni zamanda, bağçanın həyətində gözətçi
otağı tikilib ki, burada da əsas işlər görülüb. Hörgü və suvaq işi başa çatıb,
qapı və pəncərə qoyulub, tavana alçipan vurulub, döşəməyə tamet döşənib, üzlük
vurulması işi başa çatıb. İş icraçısı
qeyd edib ki, binanın dam örtüyü, xarici fasadında suvağın vurulması, bütün
otaqlarda döşəmədə lazım olan hissələrə beton tökülməsi, tavanlara
alçipanların, divarlara alt hissənin və ikinci qat üzlüyün vurulması işləri yüksək
keyfiyyətlə həyata keçirilib. Bundan başqa, otaqlara müasir standartlara cavab
verən qapı və pəncərələr qoyulub. İstilik sisteminin və elektrik xətlərinin
çəkilməsi isə yekunlaşmaq üzrədir. Görülən işlərlə
tanış olan rayon rəhbəri işlərin sürətlə və keyfiyyətlə aparılmasını bildirib,
bəzi tapşırıq və tövsiyələrini verib. GOYEZEN.AZ
Facebook-da paylaş