6 saylı körpələr evi-uşaq bağçasında əsaslı yenidənqurma işləri uğurla davam etdirilir
"Uşaqlar bizim gələcəyimizdir,
gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin
sabahı bundan asılı olacaqdır”. Heydər Əliyev Bəli, ulu öndərin körpələrimiz
haqqında söylədiyi bu dəyərli fikirlər uşaqlarımıza olan diqqət, qayğı ilə
yanaşı, Azərbaycanın bu gününə, sabahına, bütövlükdə, gələcəyinə olan qayğı deməkdir.
Sevindirici haldır ki, uşaqlara bütün sahələrdə göstərilən qayğı bir amala, bir
məqsədə ünvanlanıb - cəmiyyət üçün layiqli, faydalı insan böyütməyə. Ulu öndərin
uşaqlarımıza olan qayğısı, uşaqlarla bağlı siyasəti bu gün onun layiqli
davamçısı Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Dövlətimizin,
dövlət başçısının uşaqlara göstərdiyi diqqət və qayğı göz qabağındadır. Bunu
uşaqların sağlam böyümələri, hərtərəfli inkişaf etmələri üçün ölkə başçısı tərəfindən
imzalanan mühüm qərar və sərəncamlardan, Heydər Əliyev Fondu tərəfindən məktəblərin,
uşaq evlərinin, bağçaların inşa olunmasından aydın şəkildə görmək olar. Bu gün
sevindirici haldır ki, Qazaxda aparılan genişmiqyaslı tikinti-quruculuq,
abadlıq işlərinin siyahısında bağçaların tikilməsinə və yaxud da əsaslı şəkildə
yenidən qurulmasına da rast gəlinir. Tam əminliklə deyə bilərik ki, ölkə başçısı İlham Əliyev tərəfindən regionlarda uşaq
bağçalarının tikintisi ilə bağlı imzalanan 12 fevral 2018-ci il tarixli
Sərəncamı Qazaxda olduğu kimi icra olunur. Qazax Rayon
İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun fəaliyyətə başladığı ilk andan daim
diqqət mərkəzində saxladığı sahələrdən biri də məhz gələcəyimiz olan
körpələrimizdir. Rayon rəhbəri ilk gündən
uşaqların yaxşı şəraitdə təlim-tərbiyə almaları istiqamətində
məqsədyönlü işlər görür. Son iki il
yarım ərzində icra başçısının yeni uşaq bağçalarının tikilməsi və yaxud da
əsaslı şəkildə yenidən qurulması istiqamətində həyata keçirdiyi həmin işlərin
nəticəsidir ki, bu gün Qazax rayonunda olan 25 bağçadan 16-sı müasir standartlara cavab verən səviyyəyə
çatdırılıb. Rayonda olan həmin təmirli şəhər bağçalarından
1,2,3,4,5 saylı, kənd bağçalarından Qazaxbəyli kəndi ərazisində məcburi
köçkünlər üçün salınmış yeni qəsəbədə yerləşən Aşağı Əskipara, Daş Salahlı kənd
2 və 3 saylı, Kosalar kənd 2 və 3 saylı, Xanlıqlar kənd körpələr evi-uşaq
bağçaları, Cəfərli, Canalı, Quşçu Ayrım və Bala Cəfərli kənd uşaq bağçaları,
eyni zamanda, ötən ay istifadəyə verilən İkinci Şıxlı kənd 2 saylı körpələr
evi-uşaq bağçası bu istiqamətdə görülən işlərin əyani sübutudur. Tələbata cavab
verməyən bağça binalarının əsaslı şəkildə təmir olunaraq yenidən
qurulması, müasir inventar və avadanlıqlarla təchiz edilməsi bu gün də
uğurla həyata keçirilir. Şəhərdə
yerləşən və yararsız vəziyyətdə fəaliyyət göstərən 6 saylı körpələr evi-uşaq bağçasının
da əsaslı şəkildə yenidən qurulmasına başlanılıb. 3 aydan artıqdır ki, bununla
bağlı bağça binası boşaldılıb və uşaqlar başqa ünvanda yerləşdirilib. Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov əsaslı şəkildə
yenidən qurulan 6 saylı körpələr evi-uşaq bağçasında görülən işlərlə tanış
olub. İş icraçısı Lətif Həsənov rayon rəhbərliyinə yekunlaşan
işlər barədə məlumat verərək bildirib ki, binanın dam örtüyü, xarici fasadında
suvağın vurulması, bütün otaqlarda döşəmədə lazım olan hissələrə beton
tökülməsi, tavanlara alçipanların, divarlara alt hissənin və ikinci qat üzlüyün
vurulması işləri tam başa çatıb. Bundan başqa, otaqlara qapı və pəncərələr
qoyulub. İstilik sisteminin və elektrik xətlərinin çəkilməsi yekunlaşmaq
üzrədir. İş icraçısı
qeyd edib ki, binanın daxilində və həyətində tikinti işləri paralel şəkildə
aparılır. Həyətə tamet döşənməsi üçün alt hissənin işləri görülüb və hazırda
tamet döşənməsi davam edir. Bundan əlavə, bağçanın kənarına hasar çəkilməsi işi
başa çatıb, suvaq vurulur. Binanın xarici
fasadında isə rənglənmə işlərinə başlanılıb. Eyni zamanda, bağçanın həyətində
gözətçi otağı tikilir ki, burada da əsas işlər görülüb. Hörgü və suvaq işi başa
çatıb, qapı və pəncərə qoyulub, tavana alçipan vurulub, döşəməyə tamet döşənib.
Hazırda otaqda üzlük vurulması işi aparılır ki, o da başa çatmaq üzrədir. Görülən işlərlə
tanış olan rayon rəhbəri işlərin sürətlə və keyfiyyətlə aparılmasını bildirib,
bəzi tapşırıq və tövsiyələrini verib. GOYEZEN.AZ
Facebook-da paylaş