• Təqvim

  • Unutma

  • Maraq



Bağçalarda uşaqlara göstərilən diqqət və qayğı yüksək səviyyədə olmalıdır

Bağçalarda uşaqlara göstərilən diqqət və qayğı yüksək səviyyədə olmalıdır
Qazax rayonunda azyaşlı körpələrin sağlam, hərtərəfli və düzgün böyüməsi, təlim-tərbiyə olunması üçün yeni uşaq bağçalarının tikilməsi, əsaslı şəkildə təmir olunaraq yenidən qurulması, müasir inventar və avadanlıqlarla təmin edilməsi bu sahədə olan inkişafın əyani göstəricisidir.

Bu gün bağçalarda yaradılan şəraitlə yanaşı, uşaqların keyfiyyətli ərzaq təminatı ilə təmin olunması və körpələrə göstərilən qayğı da daim nəzarətdə saxlanılır.

Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun mütəmadi olaraq rayonda fəaliyyət göstərən körpələr evi-uşaq bağçalarına baş çəkməsi, körpələrə göstərilən qayğı ilə yerində tanış olması bunun bariz nümunəsidir.

Bu gün İcra Başçısı daha iki bağçada – şəhər 3 saylı körpələr evi-uşaq bağçası və 2 saylı uşaq bağçasında olub.

Körpələr üçün yaradılan şəraitlə, uşaqların davamiyyəti, tibbi müayinə olunmaları, ərzaq təminatı və bişirilən yeməklərin keyfiyyəti ilə maraqlanıb, yataq otaqlarına, mətbəxə, oyun otaqlarına, musiqi otağına baxıb. Lazımi tapşırıq və tövsiyələrini verib.

Bağça müdirləri və işçilər ölkəmizdə uşaqların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı göstərdiyi diqqət və qayğıya görə Respublika Prezidenti İlham Əliyevə kollektiv adından öz dərin minnətdarlıqlarını bildiriblər.

Fəaliyyətə başladığı ilk gündən körpə balaların daha yaxşı şəraitdə təlim-tərbiyə almaları üçün göstərdiyi səmimi münasibətə görə rayon rəhbərliyinə sonsuz təşəkkürlərini çatdırıblar. Bağçada uşaqların yüksək şəraitdə tərbiyə almaları üçün lazım olan bütün infrastrukturların yaradıldığını qeyd ediblər.

Bağçalarda uşaqlara göstərilən diqqət və qayğı yüksək səviyyədə olmalıdır
Bağçalarda uşaqlara göstərilən diqqət və qayğı yüksək səviyyədə olmalıdır
Bağçalarda uşaqlara göstərilən diqqət və qayğı yüksək səviyyədə olmalıdır
Bağçalarda uşaqlara göstərilən diqqət və qayğı yüksək səviyyədə olmalıdır
Bağçalarda uşaqlara göstərilən diqqət və qayğı yüksək səviyyədə olmalıdır
Bağçalarda uşaqlara göstərilən diqqət və qayğı yüksək səviyyədə olmalıdır
GOYEZEN.AZ


Facebook-da paylaş