• Təqvim

  • Unutma

  • Maraq



Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyi yeni layihəyə start verib


Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyi "GəlSƏN" layihəsinə start verib.

Layihə çərçivəsində ilk olaraq Bakı Dövlət Universitetinin Qazax filialında ali məktəbə yeni qəbul olunmuş gənclərlə görüş keçirilib.

Görüşdə Azərbaycan Gənclər Fondu və Gənclərin İnkişaf və Karyera Mərkəzinin fəaliyyəti barədə ətraflı məlumat verilib.

Həmçinin, GİKM-in Qazax nümayəndəliyinin həyata keçirdiyi layihə, təlim və tədbirlər,  eləcə də könüllülük sistemi, klub şurası haqqında danışılıb.

Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb.

 

GOYEZEN.AZ



Facebook-da paylaş