Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyi "Qonağımız var" layihəsinə start verib
Gənclərin İnkişaf və
Karyera Mərkəzinin Qazax nümayəndəliyi "Qonağımız var" layihəsinə
start verib. Layihə çərçivəsində
"Cümhuriyyət ənənələrimiz” mövzusunda Milli Məclisin deputatı, AMEA-nın müxbir
üzvü, professor Musa Qasımlı ilə gənclərin onlayn görüşü təşkil olunub. Musa Qasımlı görüşdə
bildirib ki, cümhuriyyətin yaradılması və fəaliyyəti əhəmiyyətinə görə
Azərbaycan sərhədlərini aşaraq daha geniş bir anlam daşıyıb. Müsəlman dünyasına Respublika məfhumunu və məfkurəsini
məhz Azərbaycan xalqı gətirib. Cümhuriyyət
dövrü və respublika ənənələri barədə ətraflı çıxış edən Musa Qasımlı sonda
gənclərin suallarını cavablandırıb.
GOYEZEN.AZ
Facebook-da paylaş